Dünya

Co Bayden İsrailin Qəzzadakı hərbi əməliyyatlarını tənqid edib

13 Fevral, 2024
126

Rəsmi səhifə

Co Bayden

"ABŞ İsrailin fələstinlilərin təhlükəsizliyini nəzərə almayan heç bir əməliyyatını dəstəkləməyəcək". 

Toplum TV “Politico”-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərinə hücum əməliyyatarı barədə danışarkən deyib. 

Bayden İsrailə bölgəni işğal etməməsi barədə xəbərdarlıq edib:

“Rəfaha sığınan bir milyondan çox insanın təhlükəsizliyi təmin edəcək etibarlı plan olmadan bölgədə hərbi əməliyyat həyata keçirilməməlidir. Sakinlərin müdafiəyə ehtiyacı var”.

https://toplum.tv/dunya/pisrail-hemas-in-ateskes-planini-redd-edibp

ABŞ lideri İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarını da birbaşa tənqid edib. O, münaqişə nəticəsində öldürülən 27 mindən çox fələstinlinin “çoxunun” günahsız mülki vətəndaşlar və uşaqlar olduğunu deyib.

“Bir çox ailələr bir yox, çox sayda yaxınını itirib, onlar heç yas da saxlaya bilmirlər. Bu ürəkağrıdan məsələdir”, - deyə prezident çıxışında qeyd edib. 

Bayden daha əvvəl Fələstin dövlətinin qurulması üçün Fələstin Milli Administrasiyasında islahat aparmaq çağırışı etmişdi. O bildirmişdi ki, Fələstin Milli Administrasiyası təkcə İordan çayının qərb sahilində deyil, həm də Qəzzada fələstinlilərin ehtiyaclarını effektiv şəkildə təmin etməlidir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo