Dünya

Daha bir məhkəmə Trampın seçkilərdə iştirakını qadağan edib

29 Fevral, 2024
129

ABC

Donald Tramp

Fevralın 28-də İllinoys ştat məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampa bu ştatda keçirilən praymerizdə iştirakını qadağan edib.

Toplum TV CNN-ə istinadən xəbər verir ki, məhkəmənin hakimi Treysi Porter Kapitolidəki üsyana cəhddə iştirak etdiyi üçün Trampın dövlət vəzifəsini tuta bilməyəcəyinə qərar verib və onun adını seçki bülletenindən çıxarmaq qərarına gəlib.  

Eyni zamanda, hakim qərarın icrasını bir neçə gün gecikdirərək, Trampa yuxarı instansiya məhkəməsinə müraciət etmək imkanı verib. İllinoys ştatında ilkin seçki martın 19-da keçiriləcək.

Trampın sözçüsü Treysi Portmanı siyasi qərəzdə günahlandıraraq, onun qərarının bir çox başqa ştatlarda məhkəmələr və seçki komissiyalarının çıxardığı nəticələrə zidd olduğunu vurğulayıb. O, Trampın praymerizdən kənarlaşdırılması qərarından şikayət vermək niyyətində olduğunu açıqlayıb.

Beləliklə, İllinoys Trampın adını seçki bülletenindən çıxarmağa çalışan üçüncü ştat olub. Bundan əvvəl oxşar qərarlar Kolorado və Men ştatlarında da verilib. Tramp qərarların qərəzli olduğunu bildirir.

ABŞ Ali Məhkəməsi tezliklə bu məhkəmə qərarlarının konstitusiyaya uyğunluğu ilə bağlı qərar verəcək. Apellyasiya şikayətləri davam etdiyi müddətdə Trampın adı bülletendə qalacaq. ABŞ Ali Məhkəməsinin qərarı hökumət əleyhinə iğtişaşçıların dövlət vəzifələrində çalışmasına dair konstitusiya qadağasının Trampa şamil olub-olmaması ilə bağlı müzakirələrdə son söz olacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo