“Estoniya və Latviya ilə diplomatik münasibətlər çoxdan aşağı salınmalıydı”
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bu barədə “Teleqram”da yazıb.
Spiker əlavə edib ki, Rusiya ilə Estoniya və Latviya arasında diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması qərarı çoxdan qəbul edilməli idi.
Yanvarın 23-də Tallin Ukraynaya 113 milyon avro məbləğində böyük hərbi yardımı anons edib. Buraya ölkənin bütün 155 və 122 millimetrlik haubitsaları, yüzlərlə M2 "Karl-Qustav" tank əleyhinə qumbaraatan və onlar üçün döyüş sursatları, həmçinin artilleriya bölmələrinə dəstək vasitələri daxildir.
Daha əvvəlsə Estoniya Ukraynaya “Javelin” tank əleyhinə raket kompleksləri, haubitsalar, tank əleyhinə qumbaraatanlar və minaatanlar göndərib.
Həmçinin Estoniya parlamenti Rusiyanı terrorizmin sponsoru kimi tanıyıb.
Eyni gündə Rusiya XİN Estoniya səfirindən ölkəni tərk etməyi tələb etmişdi.
Həmçinin hər iki ölkədə diplomatik nümayəndəliklərin səviyyəsinin müvəqqəti işlər vəkili səviyyəsinə qədər endirilməsi də qərara alınıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Forbes