Dünya

Duma spikeri: Baltikyanı ölkələr müstəqilliklərini itirib

25 Yanvar, 2023
79

“Estoniya və Latviya ilə diplomatik münasibətlər çoxdan aşağı salınmalıydı” 

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bu barədə “Teleqram”da yazıb. 

Spiker əlavə edib ki, Rusiya ilə Estoniya və Latviya arasında diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması qərarı çoxdan qəbul edilməli idi. 

Yanvarın 23-də Tallin Ukraynaya 113 milyon avro məbləğində böyük hərbi yardımı anons edib. Buraya ölkənin bütün 155 və 122 millimetrlik haubitsaları, yüzlərlə M2 "Karl-Qustav" tank əleyhinə qumbaraatan və onlar üçün döyüş sursatları, həmçinin artilleriya bölmələrinə dəstək vasitələri daxildir. 

Daha əvvəlsə Estoniya Ukraynaya “Javelin” tank əleyhinə raket kompleksləri, haubitsalar, tank əleyhinə qumbaraatanlar və minaatanlar göndərib. 

Həmçinin Estoniya parlamenti Rusiyanı terrorizmin sponsoru kimi tanıyıb. 

Eyni gündə Rusiya XİN Estoniya səfirindən ölkəni tərk etməyi tələb etmişdi.

Həmçinin hər iki ölkədə diplomatik nümayəndəliklərin səviyyəsinin müvəqqəti işlər vəkili səviyyəsinə qədər endirilməsi də qərara alınıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Çin ABŞ-dan Ukraynaya silah tədarükünü dayandırmağı tələb edir

Toplum TV
30 Yanvar 2023

Açıq mənbələrdən götürülüb

Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ı Ukrayna böhranının təşəbbüskarı adlandırıb və silah tədarükünü dayandırmağa çağırıb. Toplum TV "Reuters"-ə istinadən xəbər verir ki, bu barədə XİN-in nümayəndəsi Mao Ninq açıqlama verib. "ABŞ Ukrayna böhranının əsas təşəbbüskarı və hərəkətverici qüvvəsidir. Onlar Ukraynanı davamlı olaraq ağır və hücum xarakterli silahlarla təchiz etməklə münaqişəni uzadır və onu daha da gərginləşdirirlər. Əgər ABŞ həqiqətən də böhranın tezliklə bitməsini istəyirsə, Ukrayna xalqının təhlükəsizliyini həqiqətən düşünürsə, o zaman silah göndərməyi dayandırmalı və müharibədən qazanc əldə etməyi sonlandırmalıdır”, - deyə o bildirib.  https://toplum.tv/dunya/pqerb-ukraynaya-tanklar-goumlnderir-amma-indi-basqa-problem-varp Bundan əvvəl Vaşinqton administrasiyası Ukraynaya "Abrams" tanklarını göndərmək qərarına gəlib. Qeyd olunur ki, hərbi texnikanın...
Dünya

Ərdoğan Makronu Fransaya layiq rəhbər hesab etmir

Toplum TV
30 Yanvar 2023

Daily Sabah

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronu tənqid edərək, onun vəzifəsi üçün zəruri “keyfiyyətlərə malik olmadığını” iddia edib. Toplum TV "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə lideri arqumentini əsaslandırmaq üçün Fransanın müasir dövrdə belə Afrikanı istismar etdiyini qeyd edib.  Onun iddiasına görə, Parisin Mali və Burkina Faso ilə əlaqələri bunu göstərir.  https://toplum.tv/dunya/perdoganin-muumlsaviri-bu-sertler-daxilinde-isveccedil-ve-finlandiyanin-nato-ya-uumlzvluumlyuuml-bas-tutmayacaqp “Mali Fransa ilə əlaqələrini tam kəsmək üzrədir. Burkina Faso da son möhlət verib: “Mən sizə bir ay möhlət verirəm. Bir aydan sonra biz burada fransız əsgərlərini görmək istəmirik”, – Türkiyə prezidenti bildirib. Ərdoğanın ehtimalına görə, Toqo da yaxınlarda eyni cür hərəkət edəcək.  "Fransa Afrikadakı nüfuzunu...

Seçilmiş Videolar

Toplum TV loqo