Dünya

Dünyanı sakitləşdirən siqnal: "Qırmızı telefon"

30 Avqust, 2023
788

Açıq mənbələrdən götürülüb

Kennedi və Xruşov

60 il əvvəl Moskva və Vaşinqton arasında “qaynar xətt” yaradıldı.

Həmin dövrə qədər bəşəriyyət artıq iki dünya müharibəsi yaşamışdı, 1962-ci ilin oktyabrında isə üfüqdə üçüncüsünün kabusu göründü. Sovet İttifaqı özünün sadiq müttəfiqi olan Kubanın ərazisində nüvə raketləri yerləşdirdi. Buradan cəmi 180 kilometrlik məsafədə Birləşmiş Ştatlar sahili başlayırdı. Vaşinqtonda hədəni dərhal hiss etdilər. Prezident Con Kennedi Kubanın hərbi-dəniz blokadasına alınması əmrini verdi. Amerikada bunkerlər tikməyə başladılar.

Həmin il oktyabrın 27-də sovetin “Desna” S-75 zenit raket kompleksi amerikalıların U-2 kəşfiyyatçı təyyarəsini vurdu. Bütün bəşəriyyət qaçılmaz fəlakət gözləntisilə donub qaldı. Ancaq son məqamda sovet lideri Nikita Xruşşov raketlərin demontajı və Kuba ərazisindən çıxarılması qərarını verdi. Nüvə Armageddonundan qurtulmaq mümkün oldu. Dünya rahat nəfəs aldı.

Nəfəsi duyulan fəlakətdən doğan şok o qədər güclü idi ki, düşmənçiliyə baxmayaraq, ya da elə məhz düşmənçiliyə görə ABŞ və SSRİ-ni etimadı möhkəmləndirəcək birbaşa ünsiyyət zərurəti barədə düşünməyə sövq etdi. Nəticədə amerikan və sovet dövlətlərinin başçıları arasında birbaşa rabitə kanalının yaradılması barədə razılaşdılar.

Telefon yox, teletayp

Karib böhranından 10 ay sonra, 1963-cü il avqustun 30-da Moskva və Vaşinqton arasında “qaynar xətt” istifadəyə verildi. Həmin dövrün film və kitablarında onun haqqında “qırmızı telefon” kimi bəhs edilir. Gerçəklikdə isə telefon deyildi, yazılı mətnlərin ötürülməsi üçün sadəcə teletayp idi. “Artıq o zaman belə yetərincə köhnəlmiş texnologiya idi. Amma teletayp, telefondan fərqli olaraq, dinləmədən qorunurdu”, - tarixçi Bernd Qrayner (Bernd Greiner) DW-yə müsahibəsində deyib.

https://toplum.tv/dunya/pyohannesburq-sammiti-yeni-soyuq-muumlharibep

Fövqəldövlətlər buna böyük əhəmiyyət verirdilər. “Onlar əmin olmaq istəyirdilər ki, qarşılıqlı yazışmalarının məzmununu heç bir üçüncü tərəf, kim olursa olsun, bilməyəcək”, - Qrayner izah edir.

Yoxlama üçün ABŞ-dan SSRİ-yə göndərilən ilk mətn müəmmalı təsir bağışlayırdı: “Diribaş qonur tülkü tənbəl itin üstündən tullanır (The quick brown fox jumped over the lazy dog's back).1234567890”. Amma o yalnız məlumatsızlar üçün müəmmalı və ya mənasız görünərdi. Mətndə ingilis dilindəki bütün hərflər və rəqəmlər əks olunmuşdu.

Dünyanı sakitləşdirən siqnal

Soyuq müharibə dövrü üzrə amerikanist mütəxəssis Bernd Qrayner “qaynar xətt” haqqında simvolik akt kimi danışır. “Bu, hər iki tərəfin qarşılıqlı rabitənin qiymətini anlaması və vəziyyətin 1962-ci ilin oktyabrında olduğu həddə gərginləşməsini bir daha istəmədikləri haqda dünya ictimaiyyətini inandırmağa yönələn siqnal idi”.

Tarixçi Con Kennedi və müdafiə naziri Robert Maknamaradan sitat gətirir: “Biz manevr imkanlarımızın hüdudlarını hiss etdik”. Karib böhranından alınan dərs belə idi: tərəflərdən heç biri böhranı idarə etmirdi, hər şey təsadüfdən və qarşı tərəfin xoş məramından asılı idi. O üzdən də yeni kommunikasiya vasitələri və üsulları tapmaq lazım idi.

“Qaynar xətt”i İsrail işə saldı

“Qaynar xətt” ilk dörd ildə istifadəsiz qaldı. “Yoxlamaq üçün bir neçə dəfə teletaypı işə saldılar, amma təyinatı üzrə istifadə olunmadı”, - Bernd Qrayner söyləyir.  “Qırmızı telefon”dan ilk dəfə 1967-ci ildə İsrail və ərəb ölkələri koalisiyası arasındakı Altıgünlük müharibə zamanı ABŞ prezidenti Lindon Conson istifadə etdi. Ağ ev iki fövqəldövlət arasında mümkün konfrontasiyadan yayınmağa çalışırdı: ABŞ ənənəvi olaraq İsraili dəstəkləyirdi, SSRİ isə ərəb dövlətlərinin tərəfini tuturdu. Üstəlik sovetin Qara dəniz donanması və ABŞ-ın Aralıq dənizindəki Altıncı donanması bir-birlərinə təhlükəli dərəcədə yaxın idilər. 1973-cü ildə növbəti ərəb-İsrail savaşından sonra ABŞ-ın növbəti prezidenti – Riçard Nikson Kremllə əlaqə saxladı.

Birbaşa əlaqə kanalı modernləşdirilirdi

Rabitə peyklərinin ortaya çıxması ilə “qaynar xətt” modernləşir: 1970-ci illərin sonlarında xəbərlər kosmik rabitə kanalı ilə ötürülür. Berlin divarının çöküşündən, Şərqi Avropadakı kommunist diktaturaların sonundan və SSRİ-nin dağılmasından sonra elə görünürdü ki, Moskva və Vaşinqton arasında böhranlı vəziyyətlər dövrü arxadan qalır və “qırmızı telefon” daha lazım olmayacaq.  Amma elə olmadı.

Texnoloji innovasiyalar, xüsusən də internet, Moskva ilə Vaşinqton arasında sürətli və qorunan kanalın yaradılmasını çoxdan mümkün edib. Bundan əlavə, böhranlı vəziyyətlər üçün dünyanın başqa paytaxtları ilə də birbaşa rabitə imkanları mövcuddur.

Bernd Qrayner deyir ki, erkən xəbərdarlıq sistemi kimi “Qaynar xətt”dən indi də istifadə olunur. Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsindən sonra kanaldan necə və nə qədər tez-tez istifadə olunur, aydın deyil.

Soyuq müharibə dövründən daha az ünsiyyət

Prezident Co Baydenin prezident Vladimir Putinlə bir neçə dəfə telefonla danışması məlumdur. “Amma daha sonra – hökumət üzvləri və hərbçilər səviyyəsində nə baş verir, biz bilmirik”, - Qrayner qeyd edir.

https://toplum.tv/dunya/pkrim-koumlrpuumlsuumlnde-ilk-partlayisi-ukrayna-kesfiyyati-toumlredibp

Berlin Soyuq müharibə tədqiqatları mərkəzinə 2018-ci ilə qədər rəhbərlik edən tarixçi istənilən növ “qaynar xətt”in indiki Ukrayna müharibəsində kömək etməyəcəyini düşünür: “Problem ondadır ki, köklənmiş əvvəlki rabitə kanalları, məsələn, diplomatlar və hərbçilər arasında, demək olar, tam məhv edilib. Ukrayna müharibəsi fonunda bu, indiki vəziyyəti hətta soyuq müharibənin qızğın dövründən – yəni Moskva ilə Vaşinqton arasında “qaynar xətt” yaradılan vaxtdan  - fərqləndirir”.

Mənbə: DW

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo