Dünya

Elon Mask anti-semitizm ittihamlarından sonra İsrailə səfər edib

28 Noyabr, 2023
236

Açıq mənbələrdən götürülüb

İlon Mask İsrailə səfər edib

"SpaceX" və "X" şirkətlərinin sahibi, amerikalı milyarder Elon Mask İsrailə səfər edib. 

Toplum TV "The Times of Israel"ə itinadən xəbər verir ki, Mask İsrailin baş naziri Benyamin Netanyahu ilə birlikdə oktyabrın 7-də HƏMAS silahlılarının hücumuna məruz qalan Qəzza zolağı ilə sərhəd yaxınlığındakı Kfar Aza yaşayış məntəqəsinə baş çəkib.

"Mən İlon Maskla birlikdə Kfar kibbutzunu ziyarət etdim, ona HƏMAS tərəfindən törədilən insanlığa qarşı cinayətləri göstərdim", - Netanyahu açıqlamasında bildirib. 

https://toplum.tv/dunya/pisraille-hemas-arasindaki-ateskesin-muumlddeti-uzadila-bilerp

Səfər çərçivəsində Mask və Netanyahu "X" sosial şəbəkəsində birgə canlı yayım keçiriblər. 

Canlı yayım zamanı amerikalı iş adamı İsrailin baş naziri ilə HƏMAS-ın məhv edilməsi ilə bağlı ortaq fikrə gəlib. Eyni zamanda Mask qeyd edib ki, o, müharibədən sonra Qəzzanın yenidən qurulmasına kömək etmək istərdi. Onun fikrincə, bu ərazinin bərpası gələcəkdə müharibənin qarşısının alınması istiqamətində mühüm addım olacaq.

Milyarder həmçinin bildirib ki, mülki əhali arasında itkilər qaçılmazdır və İsrail HƏMAS-a qarşı müharibədə onlardan qaçmağa çalışır.

Maskın İsrailə səfəri ona qarşı antisemitizm ittihamları fonunda baş tutub. Noyabrın 15-də iş adamı "X" sosial şəbəkəsində yəhudilərin ağdərililərə “dialektik nifrət” bəslədiyini bildirən yazıya dəstək verib. O, "Siz dürüst həqiqəti söylədiniz" deyə yazıb

Milyarderin mesajı Amerika Yəhudi Komitəsi və Ağ Ev tərəfindən tənqid edilib, böyük şirkətlər X-də reklam verməkdən imtina etməyə başlayıb. Biznesmen özü antisemitizm ittihamlarını rədd edir. “Keçən həftə mediada antisemit olduğumu iddia edən yüzlərlə yalan xəbər yayıldı. Heç nə həqiqətdən bu qədər uzaq ola bilməz”, - Mask bildirib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo