Dünya

Pentaqon Gürcüstan və Ukraynanı Rusiyadan müdafiə edəcəyinə söz verdi

18 Oktyabr, 2021
155

Bloomberg

ABŞ müdafiə naziri Lloyd Ostin özünün Avropa turnesi çərçivəsində Gürcüstan və Ukraynaya səfəri zamanı bu ölkələrin NATO üzvlüyü şərtlərini müzakirə etməyə hazırlaşır. 

Bu haqda məlumat ABŞ Müdafiə Nazirliyinin saytında yerləşdirilib.

Pentaqonun xəbərinə görə, Ostin hesab edir ki, NATO-nun qapıları həm Gürcüstan, həm də Ukrayna üçün açıqdır. O, həmin ölkələri alyansda üzvlüyə iddialı olmaq üçün müəyyən dəyişikliklərə həvəsləndirməyə hazırlaşır.

Bundan əlavə, Pentaqon Gürcüstan və Ukraynanı Rusiyadan müdafiə edəcəyini vəd edib. “Biz Rusiya təcavüzünün önündə olan ölkələri əmin edirik və onların suverenliyini möhkəmləndiririk”, - qurumun nümayəndəsi bildirib. 

Daha əvvəl isə ABŞ-ın Kiyevdəki səfirliyi Rusiya təcavüzü ilə mübarizədə Ukraynanın dəstəklənəcəyini vəd edib: “Biz Ukraynanın azadlığını müdafiə edən insanları alqışlayırıq. Birləşmiş Ştatlar sizin etibarlı müttəfiqiniz olaraq qalmaqdadır və biz Ukraynanı Rusiya təcavüzünə qarşı dəstəkləməkdə davam edəcəyik”.

Dünya

Avropa Birliyi Belarusa qarşı sanksiyaları təsdiq etdi

2 Dekabr 2021

Rəsmi səhifə

Avropa Birliyinə üzv-ölkələrin daimi nümayəndələri komitəsinin (COREPER) iclasında Lukaşenko rejiminə qarşı sanksiyaların beşinci paketi razılaşdırılıb. Bu barədə "RİA Novosti" xəbər verir.  Qərara əsasən, yeni məhdudiyyətlər imzalanandan və ictimailəşəndən sonra qüvvəyə minəcək. Sanksiyaların AB-nin rəsmi jurnalında bu gün, dekabrın 2-də dərc olunacağı gözlənilir. Yeni sanksiya siyahısına Belarusun 17 rəsmi şəxsi və 11 təşkilatı daxil edilib. Daha əvvəl məlum olmuşdu ki, yeni sanksiyalar AB sərhədlərində miqrasiya böhranını təşkil edən və ya ona yardım edən fiziki və hüquqi şəxslərə, dövlət orqanlarına tətbiq ediləcək. Artıq məlumdur ki, Dövlət Sərhəd Xidmətinin sədri Anatoli Lapko, Qrodno sərhəd dəstəsinin rəisi Konstantin Molostov, DİN-in rəsmi nümayəndəsi Anatoli Qlaz...
Dünya

Belarusda növbədənkənar prezident seçkiləri keçirilə bilər

2 Dekabr 2021

Spiegel

Belarus prezidenti Aleksandr Lukaşenko Belarusun yeni konstitusiyasının qəbulundan sonra növbədənkənar prezident seçkiləri ehtimalını dəyərləndirib.  O, bu barədə “RİA Novosti”yə müsahibəsində danışıb. Lukaşenko bildirib ki, Belarus konstitusiyasına dəyişikliklər haqqında referendumdan sonra parlament və Ümumbelarus məclisinə yeni seçkilər keçiriləcək. Bu zaman o, növbədənkənar prezident seçkilərinin keçiriləcəyini də istisna etməyib. Dövlət başçısı deyib ki, seçkilər əgər “prezident qərar verərsə”, ya da əsas qanununun keçici müddəalarında Belarus prezidentinin seçilməsi üçün başqa müddətlər göstərilərsə, keçirilə bilər. Lukaşenko yeni konstitusiyanın qəbulunun əhəmiyyətini daha əvvəl izah edib. O, bildirib ki, dəyişikliklərin mahiyyəti səlahiyyətlərin bölüşdürülməsi və yeni hakimiyyət strukturunun yaradılmasıdır. Dəyişikliklər qəbul edilərsə, parlament və hökumətin rolu artacaq,...
Seçilmiş Videolar