Dünya

Ərdoğan: Dünyanın ən böyük təbii fəlakətlərindən biriylə üz-üzəyik

Toplum TV
7 Fevral, 2023
118

Açıq mənbələrdən götürülüb

Rəcəb Tayyib Ərdoğan

Türkiyədə zəlzələnin qeydə alındığı 10 vilayətdə fövqəladə vəziyyət rejimi elan olunub.

Toplum TV "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 7-də mətbuata açıqlamasında bildirib. 

O, fövqəladə vəziyyətin 3 ay ərzində qüvvədə olacağını deyib.  

Dövlət başçısı çıxışında onu da bildirib ki, ölkəsi regionun və dünyanın ən böyük təbii fəlakətlərindən biri ilə üz-üzədir:

"Axtarış-xilasetmə işləri sürətlə davam edir. Zəlzələ bölgəsinə ümumən 5000-ə yaxın tibbi personal göndərilib". 

Ərdoğan həmçinin əlavə edib ki, 70 ölkə və 14 beynəlxalq təşkilat zəlzələnin təsirlərinin aradan qaldırılması üçün Ankaraya təklif göndərib. 

https://toplum.tv/sosial/ptuumlrkiye-sefirliyi-azerbaycan-vetendaslarina-muumlraciet-edibp

Xatırlatma

Fevralın 6-da Türkiyədə 7,7 və 7,6 şkalasında baş verən zəlzələ 10 vilayətdə hiss olunub. Silsilə zəlzələlər nəticəsində ölənlərin sayı 3549 nəfərə, yaralananların sayı isə 22168-ə çatıb. 

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat verib ki, dağıntının miqyası böyükdür, ona görə də ölü və yaralı sayının artacağı ehtimalı çoxdur. 

Türkiyə ilə yanaşı Suriyada da zəlzələ baş verib. Son məlumatlara görə, orada həlak olanların sayı 1500-ü keçib, həmçinin minlərlə insan yaralanıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Pakistanın keçmiş baş naziri İmran Xan nədə ittiham edilir?

Yadigar Sadıqlı
17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Martın 15-də Pakistan məhkəməsi polisə keçmiş baş nazir, indi müxalifət lideri İmran Xanın həbs cəhdlərini dayandırmaq barədə göstəriş verib. BBC bildirir ki, bu addım ölkədəki gərginliyi azaltmaq məqsədilə atılıb. Keçmiş baş nazirin yüzlərlə tərəfdarı iki gün ərzində onun həbsə alınmasına imkan vermirdilər və gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edən polislə şiddətli toqquşmalara girirdilər. Həbsin dayandırılması barədə göstərişdən az sonra İmran Xan evdən çıxaraq tərəfdarları ilə şəkil çəkdirib. Pəncab vilayətinin yüksək çinli məmurlarından biri deyib ki, həbsin təxirə salınması ölkənin əsas idman tədbirinin – kriket üzrə superliqanın finalının keçirilməsi ərəfəsində asayişi bərpa etmək zərurətindən doğub. Final martın 19-da Xanın evindən bir...
Dünya

Kılıçdaroğlu prezident seçilsə, Rusiyaya Türkiyənin NATO üzvü olduğunu "xatırlatacaq"

Toplum TV
17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Kamal Kılıçdaroğlu Türkiyədə keçirilən prezident seçkilərində qalib gəlsə, Moskvaya Türkiyənin NATO-nun üzvü olduğunu xatırladacaq.  Toplum TV xəbər verir ki, bunu Türkiyə müxalifətinin vahid namizədi Kamal Kılıçdaroğlunun müşaviri Ünal Çeviköz “Politico” nəşrinə verdiyi müsahibədə deyib. Müsahibəsində o, Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu davam etdirəcəyini, amma Kılıçdaroğlu hakimiyyətə gələrsə, Türkiyənin Rusiya Federasiyası ilə “bərabər münasibətlərə” can atacağını bildirib. Onun sözlərinə görə, Ankara İsveç və Finlandiyanın NATO-ya üzv olmasına da mane olmayacaq. https://toplum.tv/dunya/perdoganin-prezidentliye-namizedliyi-tesdiqlendip Hazırda müharibə səbəbindən Rusiyanı tərk edən vətəndaşlar fəal şəkildə Türkiyədə mülk alırlar. Ünal Çeviköz müsahibəsində onu da qeyd edib ki, əgər Kılıçdaroğlu seçkilərdə qalib gələrsə, əcnəbilərin Türkiyədə ən...

Seçilmiş Videolar

Toplum TV loqo