Dünya

Ərdoğan: Ermənistan Qarabağda məyus olduğu kimi İsrail də məyus olacaq

15 Noyabr, 2023
218

AA

Rəcəb Tayyib Ərdoğan

"İllərdir torpaqlarımızla bağlı arzuların dalınca qaçan Ermənistan Qarabağ müharibəsindən dərsini alıb və yerində oturub. İsrail də məyus olacaq".

Toplum Tv xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 15-də parlamentdə Ədalət və İnkişaf Partiyasının toplantısında bildirib.

"Nə qədər ki, biz 85 milyon insan birləşmişik, bizi heç kim sındıra bilməz. Ona görə də güclü və müasir ordu bizim üçün zəruridir”, - deyə Ərdoğan bildirib.

https://toplum.tv/dunya/pisrail-ordusu-hemas-qezza-zolagina-nezareti-itiribp

Türkiyə lideri həmçinin Netanyahunu ölkəsinin nüvə silahına malik olduğunu etiraf etməyə çağırıb:

"Netanyahu, etiraf et ki, sənin nüvə bomban var. Etiraf et. O, səndə var, ona görə təhdid edirsən. Amma nə qədər bomban olsa da, siyasətdə sonun gəlib çatıb".

Türkiyə Prezidenti növbəti dəfə İsraili "terrorçu dövlət", HƏMAS hərəkatını isə Qəzza zolağında qanuni siyasi qüvvə adlandırıb: 

"İsrail dövlət terroru ilə məşğuldur. Bunu açıq şəkildə deyirəm - İsrail terror dövlətidir. Siz HƏMAS-ı terror təşkilatı adlandırırsınız. Amma HƏMAS seçkilərdə qalib gələn siyasi partiyadır”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo