Dünya

Ərdoğan İlon Maskı Türkiyədə "Tesla" zavodu açmağa çağırıb

Toplum TV
18 Sentyabr, 2023
102

AA

Rəcəb Tayyib Ərdoğan və İlon Mask

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Tesla"nın qurucusu İlon Maskdan Türkiyədə şirkətin zavodunu tikməyə dəvət edib.

Toplum TV "Reuters"ə istinadən xəbər verir ki, bu haqda sentyabrın 18-i Ərdoğan "Tesla"və "SpaceX" şirkətlərinin qurucusu İlon Maskı Nyu-Yorkdakı Türk Evində qəbul edərkən bildirib.

Türkiyənin dövlət başçısı görüş zamanı ölkəsinin süni intellekt və Maskın peyk internet müəssisəsi olan "Starlink"sahəsində əməkdaşlığa açıq olduğunu bildirib. Bununla bağlı olaraq o, "Tesla"nın elektromobil istehsal edən yeddinci zavodunu Türkiyədə açmağa çağırıb.

Prezident bundan əlavə, İlon Maskı sentyabrın sonunda İzmir şəhərində keçiriləcək texnologiya sərgisində iştiraka dəvət edib.

Qeyd edək ki, Türkiyə Prezidenti ilə amerikalı sahibkar arasında sonuncu görüş 2022-ci ilin dekabrın 19-də Qətərdə baş tutan dünya çempionatının final matçı zamanı baş tutmuşdu.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Ermənistan XİN: Qarabağ erməniləri Azərbaycanın nəzarəti altında yaşaya bilər

Toplum TV
20 Sentyabr 2023

armedia.am

Ermənistan Xarici İşlər Nazirliyi Qarabağ ermənilərinin Bakı ilə danışıqlara hazır olduğunu açıqlayıb. Toplum TV "Reuters"ə istinadən bildirir ki, bu haqda sentyabrın 20-si Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib. Nazir müavini Qarabağ ermənilərin nəzəri olaraq Azərbaycanın nəzarəti altında yaşaya biləcəyini, lakin dialoq qurulmalı olduğunu vurğulayıb. “İki gün davam edən gərgin döyüşlər zamanı "Artsax" bölmələri canlı qüvvə və hərbi texnika baxımından bir neçə dəfə üstün olan düşmənə qarşı qəhrəmancasına müdafiə olunub, ona ən böyük itkiləri verib. Təəssüf ki, "Artsax" tərəfi də itkilər və yaralılar verib və bəzi ərazilərdə düşmən müdafiə qüvvələrinin döyüş mövqelərini yarıb bir sıra yüksəklikləri və strateji yol...
Dünya

Putin: Problemi sülh yolu ilə həll edə bilərik

Toplum TV
20 Sentyabr 2023

en.kremlin.ru

Rusiya prezidenti Vladimir Putin Qarabağda baş verən son hərbi əməliyyatlara dair şərh verib. Toplum TV TASS-a istinadən bildirir ki, bu barədə sentyabrın 20-si Vladimir Putin Çinin xarici işlər naziri Vanq Yi ilə görüşdə bildirib. Kreml rəhbəri Yerevan, Xankəndi və Bakı ilə sıx əlaqədə olduqlarını açıqlayıb. “Biz münaqişənin bütün tərəfləri və Yerevan, Xankəndi və Bakı ilə çox sıx əlaqə saxlayırıq. Ümid edirəm ki, biz gərginliyin azaldılmasına nail olaraq bu problemi sülh yolu ilə həll edə bilərik. Sülhməramlılarımız münaqişədə iştirak edən bütün tərəflərlə olduqca fəal işləyirlər. Onlar mülki insanları qorumaq üçün hər şeyi edirlər”, - Rusiya prezidenti vurğulayıb. https://toplum.tv/siyaset/ppasinyan-ermenistan-danisiqlarda-istirak-etmeyibp Bildirək ki, sentyabrın...

Seçilmiş Videolar

Toplum TV loqo