Rəsmi səhifə
Rəcəb Tayyib Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük müraciətinin qəbul edilməyəcəyini bəyan edib.
Toplum TV xəbər verir ki, dövlət başçısı bu barədə parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının rəhbərlik etdiyi fraksiyanın iclasında bildirib.
Eyni zamanda o, Finlandiyanın alyansa qəbulu məsələsinin müsbət həll oluna biləcəyini vurğulayıb.
"İsveç vaxt itirməməlidir. Nə qədər ki, müqəddəs kitabımızın - "Quran"ın yandırılmasına, cırılmasına icazə verirsiniz və bunun fonunda hüquq-mühafizə orqanlarının əməkdaşları fəaliyyətsiz qalırlar, biz sizin NATO-ya daxil olmanıza "hə" deməyəcəyik. Bununla belə, bu məsələdə Finlandiyaya müsbət münasibət bəsləyirik”, - deyə Ərdoğan bildirib.
Xatırlatma
"Quran" sentyabrın 21-də Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında ifrat sağçı siyasətçi və anti-İslamçı təxribatçı Rasmus Paludan tərəfindən yandırılıb. O həm İsveç, həm də Danimarka vətəndaşıdır.
İsveç mediası Paludanın Rusiyanın gizli kəşfiyyatının sifişiylə aksiya keçirdiyini yazır. Məlumata görə, onun sevgilisi rusdur və Rusiyanın İsveçdəki agentura şəbəkəsi ilə əlaqədədir.
"Quran"-ın nümayişkəranə yandırılması İslam dünyasında tənqidlərə səbəb olub və İsveçin NATO-ya üzv olmaq üçün Türkiyə ilə qarşıdurmasını dərinləşdirib. Türkiyə Paludana "Quran"ı yandırmaq aksiyasını keçirmək üçün rəsmi icazə verilməsini qəbuledilməz adlandırır.
İsveç və Finlandiya Rusiyanın Ukraynadakı işğalı fonunda NATO-ya üzvlük üçün müraciət ediblər. Ankara hər iki ölkənin PKK və YPG-yə "qahmar çıxdığını" bildirərək onların NATO-ya üzvlüyünə qarşı çıxır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Kılıçdaroğlu prezident seçilsə, Rusiyaya Türkiyənin NATO üzvü olduğunu "xatırlatacaq"
Açıq mənbələrdən götürülüb