Daily Sabah
Erdoğan və Makron
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronu tənqid edərək, onun vəzifəsi üçün zəruri “keyfiyyətlərə malik olmadığını” iddia edib.
Toplum TV "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə lideri arqumentini əsaslandırmaq üçün Fransanın müasir dövrdə belə Afrikanı istismar etdiyini qeyd edib.
Onun iddiasına görə, Parisin Mali və Burkina Faso ilə əlaqələri bunu göstərir.
“Mali Fransa ilə əlaqələrini tam kəsmək üzrədir. Burkina Faso da son möhlət verib: “Mən sizə bir ay möhlət verirəm. Bir aydan sonra biz burada fransız əsgərlərini görmək istəmirik”, – Türkiyə prezidenti bildirib. Ərdoğanın ehtimalına görə, Toqo da yaxınlarda eyni cür hərəkət edəcək.
"Fransa Afrikadakı nüfuzunu sürətlə itirir", - deyə o, fikirlərinə yekun vurub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Kılıçdaroğlu prezident seçilsə, Rusiyaya Türkiyənin NATO üzvü olduğunu "xatırlatacaq"
Açıq mənbələrdən götürülüb