AA
Ərdoğan - Putin
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə əməkdaşlıq etdiyini və Qərbə etibar etdiyi qədər Rusiyaya da etibar etdiyini bəyan edib.
Toplum Tv xəbər verir ki, Türkiyə lideri bu barədə ABŞ-ın PBS telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Ankara və Moskva irəliyə doğru birgə addımlar atır, müdafiə sənayesi, eləcə də qaz sektorunda əməkdaşlıq edirlər.
https://toplum.tv/dunya/pnato-ukraynadaki-muumlharibe-tezlikle-bitmeyecekp
"Rusiya etibar etməmək üçün heç bir səbəbim yoxdur. Qərb etibarlı olduğu kimi, Rusiya da etibarlıdır. Son 50 il ərzində biz Avropa İttifaqının qapısında gözlədilmişik, hazırda isə mən Rusiyaya Qərbdən daha az etibar etmirəm”.
Prezident bəyan edib ki, Türkiyənin təbii qaz tədarükünün yarısı Rusiyadan gəlir, bu, iki ölkə arasında həmrəyliyin əlamətidir.
Onun sözlərinə görə, Ankara və Avropa İttifaqı ölkələrinin Rusiya ilə bağlı fərqli mövqeləri var.
"Rusiya mənim ən yaxın qonşularımdan biridir. Bizim ortaq tariximiz var", - Ərdoğan qeyd edib.
Prezident həmçinin əlavə edib ki, Rusiya mümkün olan ən qısa zamanda Ukraynadakı müharibənin sona çatması mövqeyinə sadiqdir. Bununla belə, o müharibənin hələ “uzun müddət davam edəcəyini” düşündüyünü deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Ermənistan XİN: Qarabağ erməniləri Azərbaycanın nəzarəti altında yaşaya bilər
armedia.am
en.kremlin.ru
Qubad İbadoğluna dini ekstremizm ittihamı: hakimiyyət niyə va-bank gedir?
11 sentyabr - Dünyanı dəyişdirən gün
Krım körpüsündə ilk partlayışı Ukrayna kəşfiyyatı törədib?
Rusiyada müharibə fonunda türk serialları çiçəklənir
"Ana, bu mənəm, sənin oğlun" - Çilidə diktatura dövründə itkin düşənlər axtarılır