Rəsmi səhifə
Rəcəb Tayyib Ərdoğan
Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) mayın 14-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün yenidən hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb.
Toplum TV "CNN Türk"ə istinadən xəbər verir ki, bu barədə martın 16-da parlamentdə AKP-nin deputatları ortaq qərara gəliblər.
Ərdoğanın prezident seçkilərində ən ciddi rəqibinin müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlunun olması gözlənilir.
Kılıçdaroğlunun namizədliyini CHP, İYİ Partiyası, Səadət Partiyası, Demokrat Partiyası, DEVA Partiyası ve Gələcək Partiyasından ibarət "Xalq İttifaqı" dəstəkləyir.
Vətəndaşlar arasında keçirilən son sorğularda Kılıçdaroğlunun Ərdoğandan irəli olduğu müşahidə olunub.
Fevral ayında Türkiyənin cənub-şərqində baş verən və 50 minə yaxın insanın ölümünə səbəb olan dağıdıcı zəlzələnin Ərdoğanın nüfuzuna ciddi zərbə vurduğu bildirilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Kılıçdaroğlu prezident seçilsə, Rusiyaya Türkiyənin NATO üzvü olduğunu "xatırlatacaq"
Açıq mənbələrdən götürülüb