Açıq mənbələrdən götürülüb
Lirə
Türkiyədə prezident seçkililərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanın qələbəsi rəsmiləşəndən sonra lirə dollar qarşısında rekord həddə ucuzlaşıb.
Toplum TV CNBC-yə istinadən xəbər verir ki, valyuta bu gün, mayın 29-u yerli vaxtla səhər saat 11:00 radələrində ABŞ dolları qarşısında qısa müddət ərzində 20 həddini keçərək ötən həftənin rekordunu təzələyib.
Dünyanın aparıcı maliyyə xidməti şirkəti "Wells Fargo"-nun valyuta strateqi Brendan Makkenna CNBC-yə açıqlamasında deyib ki, Ərdoğanın yenidən prezident seçilməsi nəticəsində türk lirəsi ilə bağlı bədbin proqnozlar artır.
https://toplum.tv/dunya/pkiliccedildaroglu-bu-tariximizin-en-edaletsiz-seccedilki-doumlvruuml-idip
McKenna lirənin ikinci rübün sonuna kimi dollara nisbətdə 23-ə, gələn ilin əvvəlində isə 25-ə çataraq ən aşağı səviyyəyə düşəcəyini proqnozlaşdırır. Son beş ildə lirə dollar qarşısında dəyərinin təxminən 77%-ni itirib. Makkenna Türkiyənin qeyri-adi pul-kredit və iqtisadi siyasətinin bundan sonra da qüvvədə qalacağını gözləyir.
Ekspertlərin müşahidəsinə görə, Türkiyə hökumətinin pul siyasəti inflyasiyanı ram etməkdənsə, iqtisadi artım və ixrac üçün rəqabətə can atır. Ərdoğan hakimiyyətinin faiz dərəcələrinin artırmasının inflyasiyanı da artırdığı bildirilir.
Türkiyədə prezident seçkilərinin 2-ci turu mayın 28-də keçirilib. Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlərə görə, 2-ci turda hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,16%, "Millət İttifaqı"nın vahid namizədi Kamal Kılıçdaroğlu isə 47,84% səs toplayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Ermənistan XİN: Qarabağ erməniləri Azərbaycanın nəzarəti altında yaşaya bilər
armedia.am
en.kremlin.ru
Qubad İbadoğluna dini ekstremizm ittihamı: hakimiyyət niyə va-bank gedir?
11 sentyabr - Dünyanı dəyişdirən gün
Krım körpüsündə ilk partlayışı Ukrayna kəşfiyyatı törədib?
Rusiyada müharibə fonunda türk serialları çiçəklənir
"Ana, bu mənəm, sənin oğlun" - Çilidə diktatura dövründə itkin düşənlər axtarılır