Dünya

Ermənistan KTMT-də iştirakını dondurub

23 Fevral, 2024
182

Açıq mənbələrdən götürülüb

KTMT

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub. 

Toplum TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində deyib.

Baş nazir aparıcının Yerevanın “Rusiyanın dominantlıq etdiyi" qurumdan çıxmaq niyyətində olub-olmaması barədə sualını cavablandırıb. 

Paşinyan bildirib ki, kollektiv təhlükəsizlik sazişi ilə bağlı müqavilə Ermənistana münasibətdə yerinə yetirilməyib. Onun sözlərinə görə, KTMT-nin Təhlükəsizlik Şurası "Azərbaycanın Ermənistanın suverenliyinə qarşı təcavüzünə" siyasi qiymət verməyib: 

“Bu, bizim diqqətimizdən kənar qala bilməzdi. İştirakımızı dondurduq. Görək bundan sonra nə olacaq”.

https://toplum.tv/siyaset/ppasinyan-azerbaycanin-ermenistana-huumlcum-ehtimali-yuumlksekdirp

Rusiya hərbi bazasının Ermənistan ərazisində bağlanması ehtimalı ilə bağlı suala isə Paşinyan konkret cavab verməyib. O, bu mövzu “gündəmdə deyil” deyib.

Bu açıqlamadan sonra KTMT Katibliyi Ermənistanın təşkilatda üzvlüyünün dayandırılması ilə bağlı məsələyə aydınlıq gətirib.

Təşkilatın Katibliyindən verilən məlumatda bildirilib ki, Ermənistanın təşkilatda üzvlüyünün dayandırılması ilə bağlı heç bir açıqlama daxil olmayıb.

“Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı Nikol Paşinyanın fikirləri, görünür, təşkilatın keçirdiyi tədbirlərdə iştirak etməməkdən gedir”, - deyə məlumatda qeyd olunub. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo