Ermənistan XİN: Qarabağ erməniləri Azərbaycanın nəzarəti altında yaşaya bilər
armedia.am
Vahan Kostanyan
Ermənistan Xarici İşlər Nazirliyi Qarabağ ermənilərinin Bakı ilə danışıqlara hazır olduğunu açıqlayıb.
Toplum TV "Reuters"ə istinadən bildirir ki, bu haqda sentyabrın 20-si Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
Nazir müavini Qarabağ ermənilərin nəzəri olaraq Azərbaycanın nəzarəti altında yaşaya biləcəyini, lakin dialoq qurulmalı olduğunu vurğulayıb.
“İki gün davam edən gərgin döyüşlər zamanı "Artsax" bölmələri canlı qüvvə və hərbi texnika baxımından bir neçə dəfə üstün olan düşmənə qarşı qəhrəmancasına müdafiə olunub, ona ən böyük itkiləri verib. Təəssüf ki, "Artsax" tərəfi də itkilər və yaralılar verib və bəzi ərazilərdə düşmən müdafiə qüvvələrinin döyüş mövqelərini yarıb bir sıra yüksəklikləri və strateji yol qovşaqlarını nəzarətə götürə bilib”, - deyə Kostanyan bildirib.
https://toplum.tv/siyaset/ppasinyan-ermenistan-danisiqlarda-istirak-etmeyibp
O əlavə edib ki, Ermənistan atəşkəslə bağlı Azərbaycan və Qarabağın erməni sakinlərinin əldə etdiyi razılaşmaların müzakirəsində iştirak etməyib.
Xatırladaq ki, sentyabrın 19-u Azərbaycan Müdafiə Nazirliyi Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlandığını elan edib. Döyüşlərin nəticəsi olaraq, separatçılar təslim olub. 21 sentyabr 2023-cü il tarixində Yevlax şəhərində yerli erməni əhalisinin nümayəndələri ilə Azərbaycan Respublikasının mərkəzi hakimiyyət orqanlarının nümayəndələri arasında görüş razılaşdırılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
drive.com
Açıq mənbələrdən götürülüb