Dünya

Peskov Qarabağda "İskəndər" raketinin istifadəsi barədə: "Heç nə deyə bilmərəm"

7 Aprel, 2021
602

TASS

“Raketlə bağlı heç nə deyə bilmərəm, heç bir məlumatım da yoxdur"

"İnterfaks"ın aprelin 7-də verdiyi xəbərə görə, bunu "Putinin Azərbaycan tərəfinin "İsgəndər" raket kompleksində ixrac markasını deyil, Rusiyadaxili markanı tapması ilə bağlı bəyanatından xəbərinin olub-olmadığı" barədə jurnalistlərin sualına cavabında Kremlin mətbuat katibi Dmitri Peskov deyib. 

Kreml rəsmisi Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı müzakirələr barədə də danışıb. 

"Əlbəttə ki, Qarabağa dair birgə üçtərəfli bəyanatlar necə həyata keçirilir, ərazidə dinc həyat necə qurulur, nəqliyyat infrastrukturunun inkişafı və açılması və sair bu kimi mövzular da müzakirə ediləcək", - deyə Peskov qeyd edib.

Bu gün paytaxt Moskvada Putinlə Paşinyan arasında görüş baş tutub. 

“Qarabağda vəziyyətin normallaşdırılması ən aktual və təcili problemdir”, - Rusiya prezidenti görüşlə bağlı açıqlamasında deyib. 

“Əlbəttə, ikitərəfli münasibətlər nöqteyi-nəzərindən bizim müzakirə edəcəyimiz məsələlər var. Ən aktual, ən kəskin problem təbii ki, Dağlıq Qarabağ və onun ətrafındakı vəziyyətin normallaşmasıdır”, - Putin bildirib və əlavə edib ki, regionda nəqliyyat marşrutlarının bərpası Ermənistana inkişaf üçün yeni imkanlar qazandıracaq.

Dünya

Paşinyan Azərbaycanda saxlanılan erməni həbçilərin sayını açıqladı

18 İyun 2021

Sosial Media

Ermənistan hökuməti əsir götürülən və həlak olan əsgərlərin sayı barədə manipulyasiları yolverilməz hesab edir.  Bu barədə ölkənin baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan İctimai televiziyaya açıqlamasında deyib.  Onun sözlərinə görə, hazırda Azərbaycanda saxlanılan erməni hərbçilərin təsdiq edilmiş sayı 60-dır.  Paşinyan bildirib ki, bəzi ehtimallara görə Azərbaycanda "əsirlikdə" daha 110 nəfər ola bilər.  O, müharibədən sonra ölkəyə 89 əsirin qayıtdığını deyib və əlavə edib ki, Ermənistanda 1994-cü ildən bəri itkin düşmüş vətəndaşların ümumi sayı sayı 395 nəfərdir. 
Dünya

Berlində polislə vətəndaşlar arasında toqquşma olub

18 İyun 2021

Sosial Media

Berlinin Fridrixshayn rayonundakı binalardan birini qanunsuz şəkildə zəbt edən skvotterlərlə toqquşma nəticəsində 60 polis xəsarət alıb.  BBC-nin verdiyi xəbərə görə, toqquşmalar əraziyə yanğın təhlükəsizliyi müfəttişinin göndərilməsi ilə başlayıb.   Sakinlər hesab ediblər ki, onları köçürmək istəyirlər, buna görə də onlar müfəttişi və hadisə yerinə gələn polisi daşa basıblar.  Hakimiyyətin fikrincə, iğtişaşlarda iştirak edənlər 300 nəfərdən az olmayıb. Vəziyyətdən çıxış yolu hələ tapılmayıb. Binanın boşaldılması üçün daha əvvəlki cəhd 2016-cı ildə göstərilib və 120 polisin yaralanması ilə nəticələnib. O zaman hüquq-mühafizə orqanları geri çəkilmişdilər. Almaniyanın birləşməsindən sonra Şərqi Berlinin bir çox rayonları tənəzzülə uğrayıb, tərk edilən evlər və binalar qanunsuz zəbt...
Seçilmiş Videolar