Dünya

Fidel Kastronun antikommunist bacısı ABŞ-da vəfat edib

5 Dekabr, 2023
346

bbc.com

Xuanito Kastro

Kubanın keçmiş liderləri Fidel və Raul Kastronun kiçik bacıları Xuanita 90 yaşında Mayamidə vəfat edib. O, 1960-cı illərin ortalarından ABŞ-da yaşayırdı və qardaşlarının devrilməsi, Kubada rejimin dəyişməsi uğrunda mübarizə aparırdı.

“Müstəsna qadın, çox sevdiyi Kuba uğrunda yorulmaz mübariz Xuanito Kastro bu gün vəfat etdi”, - Kastronun avtobioqrafiyasının həmmüəllifi Mariya Antoneta Kollinz “İstagram”da yazıb.

Xuanita Kastro Kubanı 1964-cü ildə, anasının ölümündən bir il sonra qardaşları ilə ixtilaf səbəbindən tərk edib. O, Mayamidə məskunlaşıb, burada 2007-ci ilə qədər aptek sahibi olub.

Xuanita Kuba rejiminin əleyhdarlarının fəal yardımçısı olub və hətta CIA ilə əməkdaşılıq edib.

https://toplum.tv/dunya/ptuumlrkiye-israile-xeberdarliq-edibp

Öz memuarlarında yazır ki, o, demokratik prinsipləri satdıqlarına və siyasi rəqiblərini öldürdüklərinə görə qardaşlarından üz döndərib.

1959-cu ildə baş verən inqilabdan sonra kubalı dissidentlərə kömək edən, onları gizlədən xanım Kastro nəhayət, özü də adanı tərk etməli olub.

“Fidel və Raul, mənim qardaşlarım, məxfi tarix” adlı memuarlarında o, iddia edir ki, Fideli hakimiyyətə gətirən inqilabdan iki il sonra CIA tərəfindən əməkdaşlığa cəlb olunub. O, Kuba hökumətini devirmək  istəyən ABŞ üçün Donna kod adı altında 3 il məxfi məlumatlar toplayıb.

Xuanita öz memurlarında yazır ki, həm Fidel və Raulun bacısı, həm rejimin mühacir əleyhdarı kimi iki zidd rolla ABŞ-ın mühacir icmasında özünə yer tapması asan olmayıb.

“Digər gedənlərlə müqayisədə mənim üçün, şübhəsiz, daha çətin idi. Mənim həyatımın paradoksunu az adam anlayar. Kubadakılar üçün mən fərariyəm, çünki getmişəm və rejimi pisləmişəm. Mayamidəki bir çoxları üçün isə “arzuolunmaz şəxs”əm, çünki Fidel və Raulun bacısıyam”, - Xuanita memuarlarında yazırdı.

Onun böyük qardaşı Fidel Havanda 2016-cı ildə 90 yaşında vəfat edib. Xuanita dəfnə getməyib.

Raul Kastronun indi 92 yaşı var və Kubada yaşamaqda davam edir.

Kuba inqilabının lideri, silahdaşlarının komandante dediyi Fidel Kastro Kubanı təxminən 50 il idarə edib, 2008-ci ildə səlahiyyətlərini Raula verib, əslində isə hələ 2 il əvvəl işlərdən uzaqlaşmışdı.

Raul Kastro 2018-ci ildə dövlət və hökumət başçısı vəzifələrindən gedib, ancaq Kuba Kommunist partiyasının rəhbəri və Ali Baş komandan vəzifələrini saxlayıb.

2021-ci ildə isə o, partiya rəhbərliyindən də getdiyini açıqlayıb. Bu, o demək idi ki, 60 ildən çox müddətdə ilk dəfə Kubanın rəhbər vəzifələrində Kastro ailəsinin nümayəndələri olmayacaq.

Mənbə: BBC

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo