Dünya

Financial Times: Ukraynada Qərbin xüsusi təyinatlı qüvvələri var

28 Fevral, 2024
103

Açıq mənbələrdən götürülüb

Xüsusi təyinatlı qüvvələr

Qərb ölkələrinin xüsusi təyinatlı əsgərləri Ukraynadadır.

Toplum TV xəbər verir ki, bunu Böyük Britaniyanın “Financial Times” qəzeti Avropanın müdafiə departamentlərindən birinin yüksək rütbəli nümayəndəsinə istinadən məlumat yayıb. 

Nəşrin həmsöhbəti Avropa ölkələrinin Ukraynaya qoşun yeridə biləcəyini istisna etməyən Fransa Prezidenti Emmanuel Makronun sözlərini belə şərh edib “Bunu rəsmi olaraq etiraf etməsələr də, hər kəs bilir ki, Ukraynada Qərb xüsusi təyinatlıları var". 

https://toplum.tv/dunya/pmakron-qerb-qosunlarinin-ukraynaya-goumlnderilmesini-istisna-etmirp

Mənbə həmçinin qeyd edib ki, Makronun bəyanatı qeyri-müəyyənlik yaratmaq və Rusiyanı cilovlamaq məqsədi daşıyır.

Xatırldaq ki, Makron bir neçə gün əvvəl Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi:

"Bu gün quru qoşunlarının göndərilməsi ilə bağlı konsensus yoxdur, lakin heç nəyi istisna etmək olmaz. Rusiyanın bu müharibədə qalib gəlməsinin qarşısını almaq üçün biz əlimizdən gələni edəcəyik. Əminik ki, Rusiyanın məğlubiyyəti Avropada təhlükəsizlik və sabitlik üçün zəruridir".
 
Bununla belə, bəyanat Almaniya, İsveç, Polşa, İtaliya başda olmaqla bir çox Avropa İttifaqı ölkələrində, həmçinin Böyük Britaniya, ABŞ və NATO blokunda dəstəklənməmişdi. Öz növbəsində Kreml bildirmişdi ki, Avropadan Ukraynaya qoşun yeritmək Rusiya ilə NATO arasında birbaşa münaqişəni qaçılmaz edəcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo