Dünya

Fransanın Afrikada çökən nüfuzu

7 Sentyabr, 2023
535

Açıq mənbələrdən götürülüb

Makronun Afrika səyahəti

Niyə tez-tez elə olur ki, artıq həll edilmiş görünən problem əslində daha da dərinləşir?

Ya  da Fransa-Afrika kontekstində: niyə Emmanuel Makron ötən günlərin postkolonial yaramazlıqlarına nöqtə qoyduğunu düşündüyü zaman Fransa siyasəti iflasa uğradı – Afrikanın dörd fransızdilli ölkəsində hərbi çevriliş baş verdi?

Heç kim inkar etmir, həqiqətən də elə dövr vardı ki, Paris “Fransa Afrikası”nda (La Françafrique) öz maraqlarını təmin etmək üçün intriqalardan və təzyiqdən çəkinmirdi.

Eyni zamanda yaddan çıxarmaq olmaz ki, son 25 il ərzində Paris dəfələrlə təkrar edir ki - ən azı rəsmən, - bütün bunlar çoxdan arxada qalan günlərin işidir.

İndi hansısa avtokratın rejimi laxlamağa başlayanda, Fransa əsgərlərinin süngüsü ilə ona dayaq verməyə çalışmırlar. Fransız siyasi partiyalarına qaranlıq mənşəli milyonlarla sponsorluq edilməsi də keçmişdə qalıb.

İndi bunun əvəzinə keçmiş Fransa müstəmləkələrinə münasibətdə populyar şüarlar – “demokratikləşmə”, “əməkdaşlıq”, “gənclərlə qarşılıqlı münasibətlər”, “özünütəsdiq”dir. “Prezident saraylarında bizim adamımızın olmasından çox zaman keçib”, - Yelisey sarayının nümayəndəsi deyir.

Ola bilər, hər şeyin qaydalar üzrə edildiyinə inanmaq sadəlövhlük olar, amma Fransa təsirinin əvvəllər olduğu kimi qaldığını söyləmək nəhəng şişirtmə olardı.

Əgər postkolonial korrusiyanın simvolu kimi baxılan Qabonu götürsək, bu yaxınlarda devrilən Əli Bonqonun atası Ömər Bonqonu həqiqətən də Parisdə iltifatla “bizimkilərdən biri” adlandırırdılar. Onun özü və hakimiyyəti dövründə dəyişən bir neçə Fransa prezidentləri də bundan faydalanırdılar.

https://toplum.tv/dunya/pduumlnyani-sakitlesdiren-siqnal-quotqirmizi-telefonquotp

Əgər Fransanın təsiri həqiqətən də hələ güclü olsaydı, məgər Ali Bonqo Qabonu frankosferadan çıxarmaq üçün addımlar atardımı? Hətta o qədər ki, ötən il ölkəsini faktiki olaraq Millətlər Birliyinə - Böyük Britaniyanın və (əsasən) onun keçmiş müstəmləkələrinin ittifaqı – birləşdirdi.

Bonqo ailəsinin topladığı və müxtəlif yollarla Parisə göndərdiyi sərvət, şübhəsiz, fantastik idi. Amma məhz korrupsiya ilə mübarizə aparan fransız hakimlərin (siyasətçilər də onlara mane olmadılar) hərəkətləri sayəsində bu maxinasiyalar ictimailəşdi və Bonqo ailəsinin üzvlərinə qarşı cinayət təqibi başladı, ola bilər Əlini anqlosaksların qucağına da bu atdı.

Əgər Paris [Qabonla] qonşu Kamerun üzərində təsirə malik olsaydı, çətin ki, onun lideri Pol Biya bu yaxınlarda Sankt-Peterburqda keçirilən Afrika-Rusiya sammitində iştiral edərdi və Vladimir Putinin yanında gülümsəyərdi.

“Makronun Afrika tələsi” kitabının müəllifi, jurnalist Amori Kutanse hesab edir ki, səbəb Fransanın yaşadığı tarixi anaxronizmdədir: onun artıq itirdiyi qüdrətə hələ də malik olduğunu düşünürlər.

“Afrika qloballaşır. Bizim günlərdə Afrika prezidentlərini qəbul otağında bütün dünya – türklər, ruslar, İsrail, hətta Fransanın ABŞ və Almaniya kimi müttəfiqləri – növbə tutublar”, - Kutanse deyir.

“Afrikadakı müxalif qüvvələr Fransanı hələ də hər şeyə qadir hesab edirlər. Əslində isə nə qədər ki, Fransa bütün kirli polis işini icra edirdi, rəqibləri müqavilələri əllərinə keçirdilər”, - jurnalist yazır.

Amma ilkin suala qayıdaq: əgər Afrikada Fransa təsiri zəifləyirsə, keçmiş müstəmləkələrdəki antifransız əhval püskürtüsü haradan yaranır?

Məgər Jak Fokkar, prezident Şarl de Qollun Afrika üzrə əsas müşaviri 1960-cı illərdə və sonralar gerçək dövlət çevrilişləri təşkil edəndə belə reaksiyanı gözləmək daha məntiqli olmazdımı? Ya da kirli pullarla dolu torbalar Paris ətrafındakı Le Burje hava limanı vasitəsilə daşınanda?

Cavab iki hissədən ibarətdir.

Birincisi, dərin kök salmış müəyyən psixoloji səbəb var ki, ona əsasən bütün sahələrdə problemin ciddiliyinin qavranılması vəziyyətin yalançı yaxşılaşmasına proropsional böyüyür. Yəqin, bu prosesi təsvir edən qanun da var.

Ədalətsizliyə və diskrimnasiyaya uğrayan adamlar üçün daha geniş mənzərəni görmək çətindir. Kiçik müsbət dəyişiklik – onların ümid etdikləri hər şey budur və onu minnətdarlıqla qəbul edirlər.

İnsanlar yalnız tam azad olmalarını təsəvvür edən zaman özlərinin asılı vəziyyətlərini bütün dərinliyi ilə dərk edirlər. Bunun sayəsində də onların qəzəbi daha və daha güclü olur.

Bu, bir nəzəriyyədir. Fransanın Sahel və  Mərkəzi Afrikadakı müstəmləkə mövcudluğu o qədər kök salmışdı ki, indiki özünə daha əmin nəsillərdə hiddət doğurmaya bilməzdi. Kutanse deyir: “Hər şey ötüb keçir – keçmişdən başqa”.

İkinci izahat birinci ilə zidd deyil, daha çox onu tamamlayır.

Məsələ ondadır ki, fransızlar xarici qüvvələrin müdaxiləsi haqqında danışarkən yanılmırlar.

https://toplum.tv/dunya/pyohannesburq-sammiti-yeni-soyuq-muumlharibep

Ötən həftə Fransa səfirləri qarşısında çıxış edən Emmanuel Makron “özünü panafrikaçı adlandıranlarla neoimperialistlərin əcaib ittifaqı”nı təsvir edib. Onun sözlərinə görə, fransızdilli Afrikada “qiyam epidemiyası”nın səbəbkarı məhz bu ittifaqdır.

Fransa prezidentinin gözündə neoimperialistlər – qiyamçıların şəklənmiş qulaqlarına zəhər tökən, suverenlik və müstəmləkə istismarı barədə köhnə mübahisələri riyakarca qızışdıran Çin və Rusiyadır.

Makronun baxışı ondan ibarətdir ki, Fransa Saheldə köhnə müstəmləkələrinin istismarına görə yox, “terror təhlükəsinə və suveren dövlətlərin kömək üçün etdikləri müraciətə görə” mövcuddur.

Əksinə inanmaq, “ağlını itirmiş dünyada yaşamaqdır”, - Makron belə deyib.

Amma tamamilə aydındır ki, əksər insanlar konspirasiya nəzəriyyəsinə üstünlük verirlər və buna görə də işlər məhz yaxşılaşmağa doğru getməli ikən birdən xeyli pisləşdi.

Mənbə: BBC

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo