Gürcüstan hökuməti Ukraynanı ölkədə dövlət çevrilişi hazırlamaqda ittiham edib
Açıq mənbələrdən götürülüb
Gürcüstanda aksiyalar
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ukrayna hərbi kəşfiyyatının ölkədə çevriliş etmək niyyətində olduğunu bəyan edib.
Toplum TV "İmedi.ge"-yə istinadən xəbər verir ki, Gürcüstan DTX-sı Ukrayna hərbi kəşfiyyatının Tbilisidə “kütləvi iğtişaşlar” və “hakimiyyətin zorla dəyişdirilməsi”nə hazırlıq görməkdə ittiham edib.
Avropa Komissiyasının Gürcüstanın Avropa İttifaqı üzvlüyünə namizəd statusu verməkdən imtina etməsi gözlənilir. Avropa Komissiyası məsələ ilə bağlı ilkin hesabatı oktyabrda, yekun nəticəni isə bu ilin dekabrında dərc etməlidir. Aİ artıq Gürcüstanın tələbləri yerinə yetirmədiyini bildirib. Gürcü rəsmilərin sözlərinə görə, Kiyev məhz bundan sonra ölkədə çevrilişə cəhd etməyə hazırlıq görüb.
https://toplum.tv/dunya/pnato-ukraynadaki-muumlharibe-tezlikle-bitmeyecekp
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Kiyevdə “Gürcüstan Avromaydanı”nın hazırlanmasına birbaşa Ukrayna Hərbi Kəşfiyyatı rəisinin müavini, Mixail Saakaşvilinin prezidentliyi dövründə Gürcüstanın daxili işlər nazirinin müavini vəzifəsində çalışmış general Georgi Lordkipanidze başçılıq edir. General Lordkipanidze ilə birlikdə Ukraynada rus qoşunlarına qarşı döyüşən "Gürcüstan legionu"nun rəhbəri Mamuka Mamulaşvilinin də hökuməti devirmək planında yer aldığı iddia edilir.
Mamulaşvilinin özü gürcü mediasına müsahibəsində ittihamları rədd edərək onları “saxta” adlandırıb.
Parlamentin sədri Şalva Papuaşvili hakim “Gürcü arzusu” Partiyası adından bəyanat verib. O, “müharibə zamanı Gürcüstanın həmrəyliyinə bu cür cavab verən” general Lordkipanidzenin və ümumiyyətlə, Ukrayna hakimiyyətinin davranışını “rüsvayçılıq” adlandırıb.
Mixail Saakaşvilinin müxalif Vahid Milli Hərəkat Partiyası isə hakimiyyəti zorakılıqla dəyişməyə hazırlaşmaq ittihamlarını rədd edərək, bunun sadəcə “Aİ-nin Gürcüstanın rusiyayönlü hakimiyyətinə namizəd statusu verməkdən imtinasına ictimai rəy hazırlamaq” cəhdi olduğunu bildirib.
Səs-küylü açıqlamaya baxmayaraq, Dövlət Təhlükəsizliyi Xidməti məsələylə bağlı hər-hansı cinayət işinin başlanması barədə məlumat verməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb