Açıq mənbələrdən götürülüb
Mixail Saakaşvili
Gürcüstan Prezidenti Salome Zurabişvili sabiq dövlət başçısı Mixail Saakaşvilidən “ölkəni girov saxlamaqdan əl çəkməyi” və siyasətdən getməyi xahiş edib.
Toplum TV xəbər verir ki, bu barədə məlumatı "Rustavi 2" telekanalı yayıb.
Zurabişvilinin sözlərinə görə, gürcü xalqı keçmiş prezidentlə bağlı vəziyyətin girovuna çevrilib. O hesab edir ki, Saakaşvili Gürcüstanın reputasiyasına xələl gətirir və tərəfdaşlarla, o cümlədən Kiyevlə münasibətlərin normal inkişafına mane olur.
“Ölkə təkcə bu məsələnin əlində girov qalıb. Halbuki bu gün bizim üçün vacib olan digər heç bir məsələ ictimai müstəvidə bu şəkildə müzakirə olunmur”.
O, həmçinin qeyd edib ki, Saakaşvilinin açıqlamalarını və törətdiyi hansısa əməldən peşman olmadığını nəzərə alsaq, onun azadlığa çıxdıqdan sonra təkcə hökumətin deyil, ölkənin reputasiyası və deməli, Avropa şansları üçün də düşmənə çevriləcəyi gözləniləndir.
Zurabişvili bildirib ki, Saakaşvili ətrafındakı vəziyyətlə bağlı yaranmış xaosa görə məsuliyyət eyni dərəcədə həm hökumətin, həm də müxalifətin üzərinə düşür, prezidentin əfv fərmanı isə vəziyyəti düzəldə bilməyəcək.
https://toplum.tv/dunya/pmehkeme-saakasvilini-azad-etmekden-imtina-etdip
Xatırlatma
Mixail Saakaşvili 2021-ci ilin oktyabrından bəri həbsdədir. O, bir sıra cinayətlərdə ittiham edilir.
Son vaxlarda sabiq prezidentin səhhəti kəskin pisləşib. Həkimlər onun ölüm ayağında olduğunu bildirirlər. Belə ki, onun hədsiz arıqladığı, günü-gündən zəiflədiyi, qızdırmasının çəkilmədiyi deyilir. Bir müddət əvvəl həmçinin məlumat yayılmışdı ki, sabiq prezidentin orqanizmində zəhərli maddələr - arsen, civə, barium və tallium aşkarlanıb.
Yaxınları Saakaşvilinin təcili müalicə üçün xaricə göndərilməsini tələb etsələr də, hökumət rəsmiləri buna yol verilməyəcəyini bildirib.
Saakaşvili səhhətindəki problemlərə görə 2022-ci ilin may ayından etibarən Tbilisidəki “Vivamed” özəl klinikasındadır.
O, həbs olunan zaman özünü “Vladimir Putinin şəxsi məhbusu” adlandırıb və məhz Rusiya prezidentinin göstərişi ilə həbsdə davamalı “məsxərəyə məruz qaldığını" deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Kılıçdaroğlu prezident seçilsə, Rusiyaya Türkiyənin NATO üzvü olduğunu "xatırlatacaq"
Açıq mənbələrdən götürülüb