Dünya

Gürcüstan prezidenti İlham Əliyevlə bağlı tənqidlərə cavab verib 

12 Fevral, 2024
146

Rəsmi səhifə

Salome Zurabişvili

Gürcüstan Prezidenti Salome Zurabişvilinin azərbaycanlı həmkarı İlham Əliyevi prezident seçilməsi münasibətiylə vaxtında təbrik etməməsi Gürcüstan hökumət nümayəndələrinin narazılığına səbəb olub. 

Toplum TV xəbər verir ki, Gürcüstanın baş nazirinin müavini, mədəniyyət və idman naziri Tea Tsulukiani fevralın 12-si səhər saatlarında hökumətin iclasından sonra keçirdiyi mətbuat konfransında Zurabişvilinin davranışının ölkəyə "ziyan vurduğunu" bəyan edib:

"Cənab Əliyevi qələbə münasibətilə təbrik etməkdən çəkinən Gürcüstan prezidentinin susqunluğu məncə, dövlətimizə ziyan vurur. Hamımız prezidentimizə xatırlatmaq istəyirik ki, biz son illərdə geosiyasi və təhlükəsizlik risklərinin artdığı bölgədə yaşayırıq.

Gürcüstan hökuməti bu riskləri aradan qaldırmaq üçün hər gün çalışıb çabalayır, bunun fonunda isə ali baş komandan olan prezident qonşumuzu, tərəfdaşımızı, dövlət dostumuzu seçkilərdəki qələbəsi münasibətilə təbrik etməkdən çəkinir. Bu siyasi miopiyadir". 

https://toplum.tv/dunya/pguumlrcuumlstanda-hakim-partiya-niye-prezidenti-impiccedilment-etmek-isteyirp

Zurabişvilini Gürcüstanın baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani də tənqid edib:

"Prezidentin bu istiqamətdə fəaliyyətsizliyi mənim üçün anlaşılmazdır, çünki hamı başa düşür ki, bizim Azərbaycanla strateji tərəfdaşlığımız və əməkdaşlığımız var. Ölkələrimiz arasında uğurlu layihələrin həyata keçirilməsinə dəfələrlə töhfə vermiş Azərbaycan rəhbəri ilə bizim xüsusi münasibətimiz var. Digər tərəfdən, sadə diplomatik etiket tələb edir ki, bu cür təbriklər erkən edilsin", - deyə o qeyd edib. 

Sözügedən tənqidlərdən sonra Gürcüstanın Prezident Administrasiyası məlumat yayıb ki, Salome Zurabişvili İlham Əliyevi seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.

Bildirilir ki, təbrik fevralın 9-da göndərilib, sadəcə Azərbaycan Prezidentinin rəsmi saytında gec dərc edilib.

Xatırladaq ki, bu, Gürcüstanda prezident və hökumət arasında baş verən ilk narazılıq deyil. Bundan əvvəl hökumət Zurabişvilinin impiçmenti məsələsini də qaldırmışdı. Hökumət prezidentin addımlarını Nazirlər Kabinetiylə koordinasiya etməməklə Konstitisiyanın tələblərini pozduğunu bildirirdilər. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo