Dünya

Havyer Mileyin Argentina prezidenti seçilməsinin üç səbəbi

22 Noyabr, 2023
593

Açıq mənbələrdən götürülüb

Havyer Miley

Havyer Miley cəmi bir neçə il ərzində teleşou izləyicilərinin diqqətini özünün libertarian baxışları və ideyaları ilə çəkən iqtisadçıdan Argentinanın seçilmiş prezidentinə qədər məsafə qət etdi. Bunun da öz səbəbləri var.

55,7% səs toplayan Miley özü prezident seçkilərinin bazar günü keçirilən ikinci turundakı qələbəsini “möcüzə” adlandırıb.

“Argentinanın yenilənməsinə və liberal-libertaian prezident qazanmaq kimi möcüzəyə nail olmaq uğrunda iki il çalışan komandaya təşəkkürlər”, - Havyer Miley seçildikdən sonrakı ilk nitqində deyib.

Hökumətdə işləmək təcrübəsi olmayan, özü kimi bir neçə autsayderin daxil olduğu “Azadlıq yaxınlaşır” siyasi koalisiyasının lideri hakim partiya və Argentina siyasətində onilliklər boyu dominant olan peronizm üzərində qələbə çaldı (peronizm – başqa cəhətlərlə yanaşı dövlət tənzimləməsini və dövlət paternalizmini nəzərdə tutan siyasi cərəyandır – BBC).

Bəs Miley hakimiyyət zirvəsinin başgicəlləndirici fəthinə necə nail oldu? Minimüm üç səbəb var.

1. İqtisadi böhran

Argentina ciddi iqtisadi və siyasi böhran girdabındadır. Əhalinin 40 faizi kasıb yaşayır, illik inflyasiya səviyyəsi isə oktyabrda 143 faizə çatdı.

Yerli politoloq Rosendo Fraqa qeyd edir ki, bu, ölkədə demokatiyanın bərpasından keçən 40 il ərzində artıq üçüncü böyük böhrandır.

https://toplum.tv/dunya/p50-il-evvelki-neft-embarqosu-ereb-oumllkeleri-tekrar-ede-bilermip

Buna qədər 1989-cu ildə Raul Alfonsin hökumətinə son verən hiperinflyasiya və 2001-ci ildə prezident Fernando de la Ruanın istefasına səbəb olan sosial partlayış vardı.

“Miley, əvvəlki iki böhrandan daha ağır ola biləcək iqtisadi və ictimai nəticələrə alternativ kimi ortaya çıxdı”, - Fraqa BBC-yə müsahibəsində deyir.

Seçkilərdə onun əsas rəqibinin indiki iqtisadiyyat naziri Serxio Massa olduğu nəzərə alınsa, yeni böhranın yaranması ehtimalı çox yüksək idi.

Hərçənd Massa da seçkilərin oktyabrda keçirilən birinci turunda ən çox səs yığan namizəd olmaqla hamını təəccübləndirdi.

Amma o da Argentinanın düşdüyü acınacaqlı vəziyyəti gizlədə bilmədi - seçki kampaniyasının ikinci turunda bir neçə gün yanacaq qıtlığı da buraya daxildir (Miley iddia edirdi ki, bu, peronizm hakimiyyətdə qaldığı təqdirdə “gələcəkdən açıqca”dır)

Belə kontekstdə seçicilərin çoxu libertarian namizədin təklif etdiyi radikal dəyişikliklərə səs verdi. İqtisadiyyatın dollarlaşdırılması, Mərkəzi Bankın bağlanması və dövlət xərclərinin ixtisarı həmin təkliflər sırasındadır.

2. Mövcud quruluşa, “siyasi kasta”ya müqavimət

İqtisadiyyatın liberallaşmasından savayı, Miley isteblişmentə qarşı çıxdı, “siyasi kasta” adlandırdığını kəskin tənqid atəşinə tutdu.

“Deputat seçiləndən sonra peyda olduğu ictimai arenada Miley tamamilə fərqli, sistemə qarşı duran siyasi narrativ yarada bildi”, - argentinalı politoloq Serxio Berenşteyn BBC-yə danışır.

“Miley isteblişmentin əleyhinə çıxan digər namizədlərin yolu ilə getdi: onların arasında ən tipiki Donald Tramp (ABŞ) və Cair Bolsonarudur (Braziliya). Miley mövcud quruluşa qarşı çıxan qlobal hərəkata qoşula bilər”, - Berenşteyn deyir.

https://toplum.tv/dunya/prusiya-nece-ccedilin-ve-tuumlrkiyeden-asili-veziyyete-duumlsduumlp

Belə destruktiv yanaşma seçilmiş Argentina prezidentinə təkliflərinin doğurduğu inamsızlıq və əndişəyə baxmayaraq, indiki hakimiyyətdən və siyasi sinifdən bezən seçiciləri cəlb etmək imkanı verdi.

Miley xüsusən gəncləri yaxşı silkələdi, onların dəstəyi qələbə üçün həlledici oldu. 

Seçki kampaniyası zamanı keçirilən müxtəlif rəy sorğuları gənc seçicilərin Mileyi daha güclü dəstəklədirlərini göstərirdi.

3. Sağ-mərkəzçilərin dəstəyi və antiperonizm

Artıq bir neçə onillikdir ki, Argentina siyasətində ayırıcı xətt peronistlər və antiperonistlər arasından keçir.

Miley məhz ikincilərə istinad etdi. Onun ikinci turda sağ mərkəzçi “Dəyişikliklər uğrunda birlikdə” koalisiyasının iki liderindən  - keçmiş prezident Maurisio Makri və seçkilərin birinci turunda üçüncü yer tutan Patrisiya Bullriçdən aldığı dəstək çox önəmli idi.

Miley ümumən 14,5 milyon seçicinin səsini aldı və 24 seçki dairəsindən 21-də qalib gəldi.

Birinci turdan sonra Makri və Bullriçdən dəstək alan Miey “siyasi kasta”ya yönəlik tənqidlərini yumşaltdı və diqqətini “kirşnerizm”i qaralamağa yönəltdi.

Peronizmin xüsusi, 2007-2015-ci illərdə Argentinanın prezidenti, indi isə vitse-prezidenti olan Kristina Fernandes de Kirşnerin adı ilə bağlı növü belə adlanır. Kirşnerin adı müxtəlif qalmaqallarda, o cümlədən korrupsiyada hallanır və ötən ilin dekabrında məhkəmə ona 6 il həbs cəzası kəsib (həbsdən onu statusu xilas edib – BBC).

Sağ mərkəzçi və antiperonist səsləri toplamağa çalışan  Miley ikinci turda büdcə ixtisarı ilə bağlı radikal planlarını əvvəlki kimi fəal təbliğ etmirdi.

Massa ilə debatlar zamanı isə tamamilə təmkinli, seçki kampaniyasının başqa məqamlarındakından fərqli üslub seçirdi. Bir çoxlarını da onun niyə öz rəqibinə daha sərt hücum etməməsi sualı düşündürürdü.

“O, emosional baxımdan təmkinli görünməyə çalışırdı və istədiyinə nail oldu. Bu, ikinci turun məntiqi ilə bağlıdır. Amma seçiləndən sonra prezidentlərin gündəliyi ilə təmkinlilik arasında ümumi heç nə olmur”, - Berenşteyn izah edir.

Mənbə: BBC

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo