Dünya

İrakli Kobaxidze Gürcüstanın yeni baş naziri təyin edilib

9 Fevral, 2024
165

Açıq mənbələrdən götürülüb

İrakli Kobaxidze

Gürcüstan Prezidenti Salome Zurabişvili İrakli Kobaxidzenin ölkənin yeni baş naziri təyin edilməsi haqqında fərman imzalayıb.

Toplum TV “Azadlıq” radiosunun Gürcüstan xidmətinə istinadən xəbər verir ki, bundan əvvəl, fevralın 8-də Gürcüstan parlamenti baş nazir Kobaxidze və onun hökumətinə etimad göstərib.

Bildirilir ki, yeni hökuməti 84 deputat dəstəkləyib, 10 deputat əleyhinə səs verib.

https://toplum.tv/dunya/pputin-rusiyayla-ukraynanin-gec-tez-raziliga-geleceyini-deyirnbspp

45 yaşlı Kobaxidze 2012-ci ilin payızından Gürcüstanda hakimiyyətdə olan “Gürcü arzusu” partiyasından yeddinci baş nazir olub. Onun sələfi İrakli Qaribaşvili yanvarın 29-da istefa verib və hakim partiyanın sədri olub.

Mətbuat hakim komandada gözlənilən kadr dəyişiklikləri barədə yazmağa ötən ilin sonunda, “Gürcü Arzusu”nun qurucusu, milyarder Bidzina İvanişvilinin siyasətə rəsmi qayıdışı elan edilən zaman başlayıb. O, nizamnaməsinə dəyişiklik edilən partiyanın fəxri sədri vəzifəsini tutub. Fəxri sədr təkbaşına partiya yoldaşını baş nazir postuna irəli sürmək hüququ alıb.

Gürcüstanın əsas müxalifət partiyası Mixail Saakaşvilinin Vahid Milli Hərəkatı (BMH) Gürcüstan rəhbərliyində baş verən dəyişiklikləri hakim partiyadakı “daxili böhran”ın sübutu adlandırıb. 

Bidzina İvanişvili isə öz növbəsində bildirib ki, ölkədəki “korrupsiya risklərinə” adekvat cavab vermək üçün yaxın gələcəkdə tədbirlər görmək niyyətindədir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo