Dünya

İran etirazçılarının dar ağacına gedən yolu

14 Yanvar, 2023
379

Açıq mənbələrdən götürülüb

İran etirazları

İranda 22 yaşlı Məhsa Əmininin “hicabı düzgün bağlamaması”na görə əxlaq polisi tərəfindən saxlanılmasından az sonra ölməsi ilə başlayan etiraz aksiyaları dörd aya yaxındır ki, davam edir. “Iran Human Rights” hadisələr zamanı yetkinlik yaşına çatmayan 64 nəfər daxil olmaqla ən azı 481 nəfər öldürüldüyünü, yaxın vaxtlarda isə 109 nəfərin edam cəzasına məhkum edilə billəcəyini bildirir. “The New York Times” qəzeti artıq məhkum edilənlər barədə məqalə hazırlayıb. Onların dördü artıq edam olunub.

Materialı azərbaycan dilində təqdim edirik.

Möhsün Şekari, musiqiçi

23 yaşlı Möhsün Şekari 2022-ci il dekabrın 8-də asılmaqla edam olunub. O, edam hökmü yerinə yetirilən birinci etirazçıdır. Şekari “Allaha qarşı düşmənçilik”də (“Bəsic” üzvünü bıçaqla yaralaması belə xarakterizə olunub), zibil yeşiyini yandırmaqda, küçəni bağlamaqda və ictimai təhlükəsizliyi pozmaqda ittiham olunurdu. Möhsün Şakerinin həbsi ilə edamı 75 gün çəkib.

Məcidrza Rahnavərd, idmançı

23 yaşlı Məcidrza Rahnavərd 2022-ci il dekabrın 12-də ictimai şəkildə asılmaqla edam olunub. Ona qarşı irəli sürülən ittihamlar Möhsün Şekari ilə eyni idi. Məhkəmə Rahnavərdi iki “Bəsic” könüllüsünü öldürməkdə və daha dörd nəfəri yaralamaqda günahkar bilib. Onun həbsi ilə edamı 23 gün çəkib. Edam öncəsi çəkilən videoda Məcidrza Rahnavərd bunları deyib: “İstəmirəm ki, məzarımın üzərində ağlasınlar, istəmirəm ki, mənim üçün dua etsinlər və “Quran” oxusunlar. Xoşbəxt olun və şən musiqi səsləndirin”.

https://toplum.tv/dunya/p2022-ci-ilde-qadin-haqlari-nece-pozuldu-ve-nece-muumlbarize-getdip

Məhəmməd Mehdi Kərəmi, karate üzrə çempion

22 yaşlı Məhəmməd Mehdi Kərəmi bu il yanvarın 7-də asılıb. Onu da “Bəsic” üzvünün qətlində günahkar biliblər. Hüquq müdafiəçiləri deyirlər ki, Kərəmi etiraf ifadələrini işgəncə altında verib. Onun işi üzrə məhkəmə araşdırması bir həftədən az çəkib.

Seyid Məhəmməd Hosseyni

29 yaşlı Seyid Məhəmməd Hosseyni yanvarın 7-də Məhəmməd Mehdi Kərəminin cinayət ortağı kimi edam olunub. Onun həbsindən edamına qədər iki aya kimi vaxt gedib.

Səhənd Nurməhəmmədzadə, bodibildinq üzrə çempion

26 yaşlı Səhənd Nurməhəmmədzadə də “Allaha qarşı düşmənçilik” ittihamı ilə edam cəzasına məhkum olunub. Məhkəmə zibil qablarının və avtomobil təkərlərinin yandırılmasını, avtomagistral kənarında məhəccərə zərər vurmasını belə tövsif edib. Etirazçının günahının sübutu maskalı şəxsin məhəccər vasitəsilə yolu bağlamasını əks etdirən videoçəkilişdir.

Mahan Sadrat Marani

22 yaşlı Mahan Sadrat Marani “Bəsic” üzvünə silahlı hücumda, motosikl yandırmaqda və mobil telefonu zədələməkdə ittiham olunaraq edama məhkum edilib. Onun günahının sübutu hücum edənin kimliyini müəyyənləşdirmək mümkün olmayan aşağı keyfiyyətli videodur. Bundan əlavə, hüquq müdafiəçiləri videoda hücum edən adamın əlində bıçaq görünmədiyini deyirlər. Məhkumun vəkili dekabrın 14-də bildirib ki, Ali məhkəmə işə yenidən baxılması üçün edam hökmünün icrasını dayandırıb.

Məhəmməd Boruqani

19 yaşlı Məhəmməd Boruqani xəncər gəzdirməsinə, hökumət binasını yandırmasına və məmura xəsarət yetirməsinə görə ölüm hökmünə məhkum edilib. Qərar iki həftə sürən məhkəmə araşdırmasından sonra çıxarılıb.

Məhəmməd Qobadlu, bərbər

22 yaşlı Məhəmməd Qobadlu “yer üzündə iğtişaş salmaq” ittihamı ilə edama məhkum edilib. Bunun üçün əsas bir polisin öldüyü və bir neçəsinin yaralandığı avtoqəza olub. “Amnesty International” etiraf ifadələrinin işgəncələr altında verildiyini iddia edir. Onun vəkili deyir ki, cinayət işində hadisə yerindən şəkillər, yaralıların xəsarət dərəcəsi barədə sənədlər və ölənin tibbi ekspertizasının nəticələri kimi vacib sübutlar yoxdur. İş Məhəmməd Boruqani də daxil olmaqla digər beş nəfərin işi ilə birləşdirilib, bu da, hüquq müdafiəçilərinin fikrincə, ədalətli məhkəmə araşdırmasını istisna edir. Məhəmməd Qobadlunun həbsindən hökmünə qədər iki aydan az vaxt keçib.

Saman Seydi, musiqiçi və rəssam

24 yaşlı Saman Seydi etirazlar zamanı tapançadan üç dəfə havaya atəş açmaqda ittiham olunaraq edam cəzasına məhkum edilib. Hüquq müdafiəçiləri onun da öz günahını işgəncələr altında etiraf etdiyini deyirlər. Məhkəmə Seydinin işinə Məhəmməd Boruqani və Məhəmməd Qobadlunun işi ilə birlikdə baxıb. Ölüm hökmü Saman Seydinin həbsindən bir neçə həftə sonra çıxarılıb.

Həmid Qarahəsənli, radioloq

53 yaşlı Həmid Qarahəsənli “Bəsic” üzvünə hücum ittihamı ilə ölüm cəzasına layiq görülüb. Onunla birlikdə arvadı Fərzanə Qarahəsənli də həbs olunub. Qadına 25 il həbs kəsilib. Bu zaman hüquq müdafiəçiləri iddia edirlər ki, cütlük etirazlarda iştirak etməyib. “Amnesty International” məlumatına görə, noyabrın 3-də Həmid Qarahəsəni və həyat yoldaşı həlak olmuş etirazçının dəfnindən qayıdırmışlar. Tıxaca düşdükdə yollarına piyada davam ediblər və bu zaman “Bəsic” üzvünə hücumun şahidi olublar. Hüquq müdafiəçiləri deyirlər ki, dövlət telekanalı ilə yayımlanan videoda Həmid Qarahəsənlinin dalaşanları ayırmağa çalışması görünür. Amma məhkəmə hökm çıxararkən qadının işgəncə altında verdiyi etiraf ifadələrinə istinad edib. Hökm tibb cameəsində böyük rezonans doğurub, çünki Həmid Qarahəsənli aztəminatlı əhalinin yaşadığı rayonlarda təmənnasız müalicələr aparması ilə tanınır. Yanvarın 3-də Ali məhkəmə istintaq zamanı nöqsanlara yol verildiyini bildirərək ölüm hökmünü ləğv edib və işi təkrar baxılması üçün elə həmin hakimin üzərinə qaytarıb.

Hüseyn Məhəmmədi, aktyor

26 yaşlı Hüseyn Məhəmmədi “Bəsic” üzvünü öldürməyə görə edama məhkum olunub. Məhkəmə araşdırmasına bir həftəyə yaxın vaxt gedib. Yanvarın 3-də Ali məhkəmə onun da hökmünü ləğv edərək işi təkrar baxılması üçün əvvəlki hakimin üzərinə qaytarıb.

https://toplum.tv/dunya/ptuumlrk-duumlnyasi-ve-slavyan-muumlharibesip

Mənüçöhr Mehman Navaz

45 yaşlı Mənüçöhr Mehman Navaz hökumət binasının və bir neçə avtomobilin yandırılmasında, eləcə də mühafizə postuna “Molotov kokteyli” ilə hücumda təqsirləndirilərək edam cəzasına məhkum edilib. Onun günahının əsas sübutu kimi aşağı keyfiyyətli video və Navazın guya öz dostunu etirazlarda iştiraka çağırdığı yazılar göstərilir. “The New York Times” yazır ki, prokuror Mənüçöhr Mehman Navazın yanğın törətdiyi iddia olunan yerdə asılmasında israr edib.

Saleh Mirhaşimi, Səid Yaqubi, Məcid Kazemi

Bu üç nəfər İsfahan şəhərində etirazlar zamanı hüquq mühafizə orqanlarının üç əməkdaşını öldürməyə görə məsuliyyət daşıyan silahlı qrupda iştirak ittihamı ilə yanvarın 9-da edam cəzasına məhkum ediliblər.

İrandakı etirazlarda nə qədər insanın edama məhkum edildiyi dəqiq məlum deyil. “Iran Human Rights” hüquq-mühafizə təşkilatının məlumatlarına görə, 20 edam hökmü çıxarılıb, dörd nəfər artıq edam edilib.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Məhkəmə Donald Trampı dələduzluqda təqsirli bilib

Toplum TV
27 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Sentyabrın 26-da Nyu-York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı və ailəsini dələduzluqda təqsirli bilib.  Toplum TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.  Məhkəmənin hakimi Artur Enqoron Trampın öz aktivlərinin dəyərini qanunsuz olaraq artırdığını bildirib.  2022-ci ilin sentyabrında Nyu-Yorkun baş prokuroru Letitiya Ceyms Trampa qarşı iddia qaldırarkən onu dələduzluqda ittiham etmişdi. Onun sözlərinə görə, Trampın əsas şirkəti olan "The Trump Organization" on il ərzində maliyyə orqanlarından bank müavinətləri almaq üçün öz aktivlərinin dəyəri barədə yalan informasiya verib. https://toplum.tv/dunya/pbayden-ukraynaya-325-milyon-dollarliq-yeni-herbi-yardim-elan-edibp Medianın məlumatına görə, sentyabrın 26-da çıxarılan məhkəmə qərarı dövlət vəkili Letitiya Ceymsin mülki iddiası üzrə yekun qərar deyil, işə baxılması oktyabrın...
Dünya

ABŞ Polşaya 2 milyard dollar kredit verəcək

Toplum TV
26 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

ABŞ Polşa ordusunun modernləşdirilməsinə dəstək olmaq üçün 2 milyard dollarlıq kredit verəcək. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 26-ı ABŞ Dövlət Departamenti bəyanat yayıb. Bəyanata əsasən, "Xarici Hərbi Maliyyələşdirmə" (FMF) proqramı çərçivəsində ABŞ və Polşa arasında NATO-nun şərq cinahının kollektiv müdafiəsi üçün 2 milyard dollarlıq birbaşa kredit müqaviləsinin imzalandığı bildirilib. https://toplum.tv/dunya/ppolsanin-bas-naziri-ukrayna-ile-muumlnasibetler-ccediletin-veziyyetdedirp Departamentin açıqlamasına görə, müqavilə əsasında Polşa ordusunda istifadə olunan Rusiya istehsalı köhnə hərbi texnikaların sıradan çıxarılması planlaşdırlır. Bildirək ki, Varşava bu il müdafiə xərclərini ÜDM-nin 4%-dək artırmağı planlaşdırıb. Bu ötən illə müqayisədə 2 dəfə çoxdur.

Seçilmiş Videolar

Toplum TV loqo