İranda hüquqları pozulan azərbaycanlılarla bağlı hesabat hazırlanacaq
Sosial Media
İran azərbaycanlıları
"İranın azərbaycanlılar yaşayan bölgəsində insan haqlarının pozulması ilə bağlı xəbərlərin verilməsində ciddi boşluq yaranıb. Bölgədə davamlı etirazların olması bunu göstərir”.
Toplum Tv xəbər verir ki, bu barədə Vaşinqton Universitetinin doktorantı Ramin Cabbarlı “Feysbuk” hesabında paylaşım edib.
https://toplum.tv/tv-proqramlar/hakimiyyet-irandaki-azeybaycanlilarin-huquqlarini-nece-qoruyacaq
Cabbarlının sözlərinə görə, bu missiyanı İrandan olan, hazırda ABŞ və Kanadada akademiyada işləyən olan bir qrup azərbaycanlı aparacaq.
O deyib ki, İrandakı azərbaycanlılar haqqında insan haqları hesabatının hazırlanmasını asanlaşdırmaq üçün xüsusi təşəbbüs qrupu yaradılıb.
16 nəfərlik təşəbbüs qrupunda Ayova Dövlət Universitetinin İqtisadiyyat üzrə doktorantı Behzad Ciddi, Toronto Universitetində Türk və Osmanlı Araşdırmaları doktoru Lalə Cavanşir və digərləri təmsil olunur.
Ramin Cabbarlı hesabatın media və insan haqları təşkilatları ilə paylaşılacağı qeyd edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Daily Sabah