Açıq mənbələrdən götürülüb
İran
İranın İsfahan şəhərindəki hərbi zavod şənbədən bazara keçən gecə pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Toplum TV xəbər verir ki, bu barədə yanvarın 29-da İran Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, PUA-lar hava hücumundan müdafiə sistemləri ilə vurulub, itki yoxdur və zavoda da ciddi ziyan dəyməyib.
İran hökuməti hələlik PUA-ların hansı ölkəyə aid ola biləcəyini dəqiqləşdirə bilməyib.
İran mediası ölkənin paytaxtı Tehran, Təbriz və Dezful şəhərlərinin strateji obyektlərində və neft emalı zavodlarında da partlayışlar və yanğınlar olduğunu yazır.
Britaniya Müdafiə Tədqiqatları İnstitutunun məlumatına görə, İsfahan yaxınlığında "Shahed" 131/136 kamikadze dronlarını istehsal "Shahed Aviation Industries"-in müəssisəsi var. Rusiya Ukraynada bu dronlardan istifadə edir.
İyulda İran İsfahanda hərbi kompleksi partlatmaq niyyətində olduğu iddia edilən bir qrup kürd diversantın həbs olunduğunu elan etmişdi. Onlar İsrailə casusluq etməkdə ittiham olunurlar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Kılıçdaroğlu prezident seçilsə, Rusiyaya Türkiyənin NATO üzvü olduğunu "xatırlatacaq"
Açıq mənbələrdən götürülüb