Dünya

İsrail HƏMAS-ın atəşkəs planını rədd edib

8 Fevral, 2024
152

Açıq mənbələrdən götürülüb

Benyamin Netanyahu

İsrail HƏMAS hərəkatının Qəzza zolağında üç mərhələli atəşkəs planında yer alan tələbləri yerinə yetirməkdən imtina edib. 

Toplum TV CNN-ə istinadən xəbər verir ki, bunu baş nazir Benyamin Netanyahu fevralın 7-də ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

“Biz HƏMAS-ın tələblərinin heç biri ilə bağlı heç bir öhdəlik götürməmişik”, - siyasətçi bildirib. Onun sözlərinə görə, vəziyyəti həll etmək üçün danışıqlar lazımdır, amma baş nazirin fikrincə, qarşı tərəf müvafiq addımlar atmır.

https://toplum.tv/dunya/pmedvedev-qerbi-quotqiyamet-guumlnuumlquot-ile-hedeleyibp

Netanyahu “mütləq qələbə” əldə olunana qədər yaraqlılara qarşı hücumu davam etdirəcəyini bəyan edib: “Biz mütləq qələbəyə doğru gedirik. Başqa həll yolu yoxdur”.

Baş nazir həmçinin İsrailin apardığı müharibənin illərlə deyil, bir neçə ay davam edəcəyini bildirib.

Qeyd edək ki, HƏMAS İsrailə dörd ay yarım müddətinə atəşkəs, yaraqlılar tərəfindən əsir götürülən bütün girovların azad edilməsi və İsrail qoşunlarının Qəzza zolağından çıxarılması planını təklif etdmişdi. 

Fələstin hərəkatının nümayəndələri həmçinin Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə Parisdə aparılan danışıqlardan sonra hazırlanan anklavda üç mərhələli atəşkəs planını dəstəkləmişdilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo