Dünya

İsrail kəşfiyyatı niyə HƏMAS hücumunun qarşısını ala bilmədi?

9 Oktyabr, 2023
1228

Açıq mənbələrdən götürülüb

İsrail kəşfiyyatı

Qəzza sektorunu nəzarətdə saxlayan HAMAS hərəkatının yaraqlıları oktyabrın 7-də İsrailə minlərlə raket atdılar, eləcə də ölkə ərazisinə girdilər (pikaplarla, motosikllərlə və paraşütlə). İsrail hakimiyyəti ölkənin müharibədə olduğunu söylədi və Qəzzaya raket zərbələri ilə cavab verdi.

Mümkündür ki, Qəzzada yerüstü əməliyyat da keçirilsin: sektorun sərhədlərinə zirehli texnika gətirilib, sərhədyanı İsrail şəhərlərinin sakinlərini sutka ərzində təxliyə etmək niyyətindədirlər. Baş nazir Binyamin Netanyahu qələbə qazanmağı vəd edib, amma artıq başlanğıc ölkənin siyasi rəhbərliyinə və kəşfiyyata yönəlik xeyli suallar doğurub. Yerli və qərb KİV-i HAMAS-ın indiki hücumunu 50 il əvvəl baş verən “Məhşər günü” savaşı ilə müqayisə edir.

HAMAS-ın qəfil hücumu barədə İsraildə nə deyirlər

Nadav Eyal, “Yedioth Ahronoth”un siyasi şərhçisi

“Təəssüf ki, dünən özümüz haqqında çox şey öyrəndik. Aşkar etdik ki, yüzmilyardlarla şekel xərclənən kəşfiyyat korpusumuz dövlətə ən mühüm və ən həlledici xəbərdarlığı – strateji zərbə haqqında xəbərdarlığı verə bilmədi. Oktyabr sürprizindən, kəşfiyyatın biabırçı uğursuzluğundan 50 il sonra onlar yenə fiaskoya uğradılar”.

HƏMAS silahlıları İsrail səddini yıxmaq üçün buldozerdən istifadə edirlər - LETA

Anşel Pfeffer, “Haaretz” şərhçisi

“HAMAS-ın yüzlərlə yaraqlısının Qəzza sektorundan İsrailə soxulması barədə ilk xəbərlərdən cəmi bir neçə dəqiqə sonra “Yom-kippur” (Məşhər günü) sosial şəbəkələrdə trend oldu. Oxşarlıq aydın və heyrətamizdir. Yenə bütün İsraildə sirenlər səslənir. Yenə də həm hazırlanan hücumun əlamətlərini aşkar etməkdə, həm də toplanan məlumatların interpretasiyasında böyük fiasko. Amma hər iki oktyabr müharibəsi arasındakı çoxlu bənzərliklərə baxmayaraq, ortada bir fundamental fərq də var. Dünən başlayan müharibə ekzistensial deyil. HAMAS hərbi rəqib kimi İsraillə müqayisə oluna bilməz. Onlar hətta eyni liqada oynamırlar”.

İsraildə yaşayan “Meduza” oxucuları

“Bu dəfə təkcə raketlər gəlmədi. Ən dəhşətlisi odur ki, yaraqlılar bizim sərhədyanı şəhər və qəsəbələrimizə girdilər, hərbçiləri və mülkiləri əsir alıb öldürdülər. Bizim küçələrdə yaraqlılar avtomobillə gəzir və ətrafdakıları öldürürlər?! Bu necə baş verdi? Buna necə yol verdik?”

İsrailə hücum haqqında Qərbdə nə yazırlar

Çak Freylix, İsrailin milli təhlükəsizlik üzrə müşavirinin keçmiş müavini

Operativ kəşfiyyat baxımından iflas baş verdi. Bizi qəfil yaxaladılar. Qəzza sektoruna məsul diviziyanın qərargahı ələ keçirildi, orada xaos hökm sürürdü, buna görə də cavab gecikdi. Belə anlarda həmişə bayrağın ətrafında qısamüddətli sıxlaşma baş verir. Amma toz yatan kimi çox ciddi siyasi nəticələr olacaq.

Denis Ross, Bill Klinton administrasiyasının Yaxın Şərqdə xüsusi nümayəndəsi

“Bu, istənilən strateji gözlənilməzliyə bənzəyir: geriyə baxanda görürsən ki, əlinizdə bütün zəruri informasiya olub, amma siz qarşı tərəfin necə hərəkət etdiyi barədə bir sıra yanlış fərziyyələr irəli sürmüsünüz... Mən baş verənləri “Məhşər günü” savaşı ilə müqayisə etmirəm, çünki burada ərəb dövlətləri iştirak etmir. Amma düşünürəm ki, İsrail üçün bir növ zəlzələdir. Belə sürprizin necə baş verdiyini aydınlaşdırmaq üçün mütləq dövlət komissiyası yaradılacaq”.

Aaron Devid Miller, ABŞ Dövlət departamentinin keçmiş əməkdaşı, ərəb-İsrail danışıqlarının keçmiş iştirakçısı

“Əsas problem, çox güman, o olub ki, israillilər HAMAS-ın sərhədi keçəcəyinə sadəcə inanmırdılar. Ərazidə İsrail ordusunun yetərli qüvvələrinin olmaması ciddi uğursuzluq idi”. 

Devid Fridman, Donald Tramp administrasiyası zamanı ABŞ-ın İsraildə səfiri

“Bu və ya digər şəkildə İsraili izlədiyim 40 il və ya daha artıq müddətdə heç vaxt belə şey görməmişəm. Sərhədin belə pozulmasını heç vaxt görməmişəm. Qəzzadan hətta bir adam belə sərhədə yaxınlaşanda onu adətən hər hansı bir şey etməyə macal tapmamış neytrallaşdırırlar. Əlbəttə, bu kəşfiyyatın böyük uğursuzluğudur”.

David Xalfa, Fransanın Jan Jores fondundan Şimali Afrika və Yaxın Şərq üzrə mütəxəssis

“Məhşər günü savaşından sonra İsrail heç vaxt indiki kimi yerüstü müdaxilə ilə qarşılaşmamışdı... İsrail - təhlükələr hələ yaranmadan onları qabaqcadan görmək və neytrallaşdırmaq üçün texnologiyalarına güvənən ölkədir. Aydındır ki, gözləntilərlə və yəqin, təhlükə səviyyəsinin analizi ilə problem yaranıb. İsrail xüsusi xidmətlərinin gözlədiyi ssenari şimaldan [Livan ərazisindən] müdaxilə idi”.

Avi Melamed, analitik, İsrail kəşfiyyatının keçmiş əməkdaşı

“Bütün bu kampaniya [İsrail hakimiyyətinin məhkəmə islahatı keçirmək niyyəti və ona qarşı etirazlar] İsrailin zəif olması haqda düşmənlərə aydın siqnal verdi. Onlar bizim bölündüyümüzü hiss edirlər”.

Ronen Berqman “The New York Times”-ın Tel Əvivdə müxbiri

Ənənəvi olaraq hesab edilir ki, İsrail kəşfiyyatı regionda ən güclüdür və Qəzza sektorunda geniş imkanlara malikdir. Müdafiə nazirliyinin dörd yüksək rütbəli əməkdaşı “The New York Times”a deyib ki, kəşfiyyat hərbi konflikt baş verəcəyi barədə son aylarda dəfələrlə xəbərdarlıq edib, çünki İran və ona bağlı birliklər İsrailin məhkəmə islahatı ətrafında ixtilaf üzündən zəiflədiyini düşünürlər.

Hamas yaraqlıları - I24news

Məmurlardan biri əlavə edib ki, hücumun hazırlanması haqda məlumatlara baxmayaraq, kəşfiyyatda aydın mənzərə olmayıb... Amerikanın rəsmi şəxsləri də deyiblər ki, HAMAS hücumunun mümkün olmasını ABŞ və İsraildə bilirdilər. Amma İsrailə konkret tədbirlər görməyə sövq edəcək heç bir taktiki xəbərdarlıq, heç bir əlamət baş verməyib”.

Hücuma hazır olmamaq barədə suallara İsrail ordusunda nə cavab verirlər

Riçard Hext, İsrail müdafiə ordusunun rəsmi nümayəndəsi

“Lütfən, HAMAS-ın əməllərinə “Məhşər günü” savaşının fərasətini yapışdırmayın. Bilirəm, kəşfiyyatın işinə görə xeyli suallar var. Lütfən, onları səsləndirməyin. İndi biz döyüşürük. Kəşfiyyatla bağlı, əminəm, gələcəkdə hələ çoxlu diskussiyalar olacaq”. 

Mənbə: Meduza.io

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo