Açıq mənbələrdən götürülüb
Kamal Kılıçdaroğlu
Türkiyədə prezidentliyə "Millət İttifaqı"nın vahid namizədi Kamal Kılıçdaroğlu seçkilərin nəticələri bilinəndən sonra Ankarada tərəfdarları qarşısında çıxış edib.
Toplum TV "CNN Türk" telekanalına istinadən xəbər verir ki, Kılıçdaroğlu "əsl demokratiya" uğrunda mübarizəni davam etdirəcəyini bildirib.
O qeyd edib ki, bu seçkilərdə bütün təzyiqlərə baxmayaraq, xalqın avtoritar hakimiyyəti dəyişmək iradəsi aşkar oldu.
“Məni həqiqətən də kədərləndirən odur ki, ölkəmizi çətin günlər gözləyir”, - deyə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri bildirib.
Kılıçdaroğlu həmçinin Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın Kılıçdaroğlunun kürdlərlə əlaqəsi ilə bağlı iddialarına işarə edərək, Ərdoğanın rəqiblərinə əsassız iddialar irəli sürərək seçki prosesinə kölgə saldığını qeyd edib.
“Bu, tariximizin ən ədalətsiz seçki dövrü idi... Qorxu atmosferinə boyun əymədik”, - deyə o bəyan edib.
Öz növbəsində Ərdoğan qələbə nitqində Kılıçdaroğlunu tənqid edib.
"2018-ci ildə CHP-nin 146 deputatı vardı. 2023-cü ildə deputat sayını 169-a çıxardı, amma ümumən 1% belə səsi malik olmayan məlum partiyalara 40 dənə kirayə deputat verdi.
İndi nə oldu? CHP-nin deputatlarının sayı 129-a düşdü, axı hesablama mütəxəssisidir, bu işləri yaxşı bacarır. İtirilən deputatlara görə CHP hər halda Bay Bay Kamaldan hesabat tələb edəcək", - deyə o bildirib.
Türkiyədə prezident seçkilərinin 2-ci turu mayın 28-də keçirilib. Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlərə görə, 2-ci turda Ərdoğan 52,16%, Kılıçdaroğlu isə 47,84% səs toplayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
drive.com
Açıq mənbələrdən götürülüb