Dünya

Kılıçdaroğlu Ərdoğanı məhkəməyə verdi

Toplum TV
24 May, 2023
91

Açıq mənbələrdən götürülüb

Kılıçdaroğlu və Ərdoğan

Türkiyənin müxalifət lideri Kamal Kılıçdaroğlu Prezident Rəcəb Tayyib Ərdoğanı məhkəməyə verib. 

Toplum TV "Sözcü" qəzetinə istinadən xəbər verir ki, bu barədə mayın 24-də Kılıçdaroğlunun vəkili Cəlal Çelik mətbuata açıqlamasında bildirib. 

Onun sözlərinə görə, məhkəməyə müraciətə səbəb Ərdoğanın seçki kampaniyasında istifadə etdiyi montaj olunmuş fotolardır. Fotolarda Kılıçdaroğlunun komandasının üzvlərinin PKK terror təşkilatının nümayəndələriylə birlikdə poz verməsi əks olunub. 

https://toplum.tv/dunya/psinan-oganin-muumlttefiqi-seccedilkilerde-kiliccedildaroglunu-destekleyecekp

Kılıçdaroğlu Ərdoğanın montaj olunmuş şəkilləri seçki kampaniyasında istifadə etməsinə görə 1 milyon türk lirəsi həcmində təzminat davası açıb.   

Mətbuatın yazdığına görə, Ərdoğan şəkillərin montaj olunduğunu etiraf edib. 

Türkiyədə seçkilərin birinci turu mayın 14-də keçirilib. Hazırkı prezident ilk turda 49,51% səslə qalib gələ bilməyib. Ərdoğanın əsas rəqibi, müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu 44,88% səs toplayıb. "Ata İttifaqı"nın vahid namizədi Sinan Oğan isə 5,17% səs toplayıb.

Prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

NATO Ukraynanın Rusiyaya hücumlarına haqq qazandırıb

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Kiyevin özünü müdafiə etmək hüququ var" Toplum TV xəbər verir ki, bunu iyunun 1-də NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya təşkil olunan hücumlarla bağlı açıqlamasında bildirib.  Stoltenberq vurğulayıb ki, NATO-nun mövqeyi dəyişməzdir: Kiyevin özünü müdafiə etmək hüququ var.   “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub”, - deyə o qeyd edib.  Baş katibin sözlərinə görə, Ukraynaya dəstək NATO-nu münaqişə tərəfi etmir: "NATO-nun iki vəzifəsi var: Ukraynanı dəstəkləmək və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bu ölkədən kənara çıxmasının qarşısını almaq”. https://toplum.tv/dunya/pmoskvaya-dron-huumlcumu-rusiya-ukraynani-ittiham-edirp Bundan əvvəl Ağ Ev Rusiya daxilinə hücumları dəstəkləmədiyini bildirmişdi.  "Vaşinqton Ukraynaya...
Dünya

Kiyevə gecə hücumu: ölənlər və yaralılar var

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

Rusiyanın mayın 31-dən iyunun 1-də keçən gecə Kiyevə raket hücumu nəticəsində 1-i uşaq olmaqla 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Toplum Tv "Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.  Bildirilir ki, hücum zamanı Rusiya “İsgəndər-M” ballistik raketlərindən və “İsgəndər-K” qanadlı raketlərindən istifadə edib. Onların hamısının zərərsizləşdirildiyi bildirilsə də, yerə düşən qalıqların dağıntılar yaratdığı qeyd olunub.  https://toplum.tv/dunya/pag-ev-rusiya-daxiline-huumlcumlari-desteklemirp Kiyev meriyasının məlumatına görə, dağıntıların böyük hissəsi Kiyevin şərqindəki Desnyanski rayonunda baş verib. Sursat qalıqları uşaq xəstəxanası və yaşayış binasının üzərinə düşüb, 2 məktəbə və 1 polis idarəsinə ziyan dəyib. İkinci hadisə Dniprovski rayonunda baş verib, 1...

Seçilmiş Videolar

Toplum TV loqo