Dünya

Kılıçdaroğlu prezident seçilsə, Rusiyaya Türkiyənin NATO üzvü olduğunu "xatırlatacaq"

Toplum TV
17 Mart, 2023
96

Açıq mənbələrdən götürülüb

Kamal Kılıçdaroğlu

Kamal Kılıçdaroğlu Türkiyədə keçirilən prezident seçkilərində qalib gəlsə, Moskvaya Türkiyənin NATO-nun üzvü olduğunu xatırladacaq. 

Toplum TV xəbər verir ki, bunu Türkiyə müxalifətinin vahid namizədi Kamal Kılıçdaroğlunun müşaviri Ünal Çeviköz “Politico” nəşrinə verdiyi müsahibədə deyib.

Müsahibəsində o, Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu davam etdirəcəyini, amma Kılıçdaroğlu hakimiyyətə gələrsə, Türkiyənin Rusiya Federasiyası ilə “bərabər münasibətlərə” can atacağını bildirib.

Onun sözlərinə görə, Ankara İsveç və Finlandiyanın NATO-ya üzv olmasına da mane olmayacaq.

https://toplum.tv/dunya/perdoganin-prezidentliye-namizedliyi-tesdiqlendip

Hazırda müharibə səbəbindən Rusiyanı tərk edən vətəndaşlar fəal şəkildə Türkiyədə mülk alırlar. Ünal Çeviköz müsahibəsində onu da qeyd edib ki, əgər Kılıçdaroğlu seçkilərdə qalib gələrsə, əcnəbilərin Türkiyədə ən azı 5 il mülk almasına qadağa qoyacaq. 

Çeviköz daha əvvəl bildirmişdi ki, seçkilərdə Kılıçdaroğlu qalib gələrsə, Ankara Moskva ilə münasibətləri liderlər deyil, institutlar səviyyəsində gücləndirməyə davam edəcək.  

Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Prezident seçkilərinin ikinci turuna ehtiyac yaranarsa, mayın 28-də keçiriləcək. Hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın rəqibi CHP partiyasının lideri Kamal Kılıçdaroğlu olacaq. O, həm də müxalif "Xalq Alyansın"ın yeganə namizədidir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Pakistanın keçmiş baş naziri İmran Xan nədə ittiham edilir?

Yadigar Sadıqlı
17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Martın 15-də Pakistan məhkəməsi polisə keçmiş baş nazir, indi müxalifət lideri İmran Xanın həbs cəhdlərini dayandırmaq barədə göstəriş verib. BBC bildirir ki, bu addım ölkədəki gərginliyi azaltmaq məqsədilə atılıb. Keçmiş baş nazirin yüzlərlə tərəfdarı iki gün ərzində onun həbsə alınmasına imkan vermirdilər və gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edən polislə şiddətli toqquşmalara girirdilər. Həbsin dayandırılması barədə göstərişdən az sonra İmran Xan evdən çıxaraq tərəfdarları ilə şəkil çəkdirib. Pəncab vilayətinin yüksək çinli məmurlarından biri deyib ki, həbsin təxirə salınması ölkənin əsas idman tədbirinin – kriket üzrə superliqanın finalının keçirilməsi ərəfəsində asayişi bərpa etmək zərurətindən doğub. Final martın 19-da Xanın evindən bir...
Dünya

Ərdoğanın prezidentliyə namizədliyi təsdiqləndi

Toplum TV
16 Mart 2023

Rəsmi səhifə

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) mayın 14-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün yenidən hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb.  Toplum TV "CNN Türk"ə istinadən xəbər verir ki, bu barədə martın 16-da parlamentdə AKP-nin deputatları ortaq qərara gəliblər.  Ərdoğanın prezident seçkilərində ən ciddi rəqibinin müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlunun olması gözlənilir.  https://toplum.tv/dunya/pmeral-aksener-quot6-li-masaquotyanbspqayitmaq-uumlccediluumln-sert-ireli-suumlruumlbp Kılıçdaroğlunun namizədliyini CHP, İYİ Partiyası, Səadət Partiyası, Demokrat Partiyası, DEVA Partiyası ve Gələcək Partiyasından ibarət "Xalq İttifaqı" dəstəkləyir.  Vətəndaşlar arasında keçirilən son sorğularda Kılıçdaroğlunun Ərdoğandan irəli olduğu müşahidə olunub.  Fevral ayında Türkiyənin cənub-şərqində baş verən və 50 minə yaxın insanın ölümünə səbəb olan dağıdıcı zəlzələnin...

Seçilmiş Videolar

Toplum TV loqo