Dünya

Kiyevə gecə hücumu: ölənlər və yaralılar var

Toplum TV
1 İyun, 2023
126

Açıq mənbələrdən götürülüb

Kiyev

Rusiyanın mayın 31-dən iyunun 1-də keçən gecə Kiyevə raket hücumu nəticəsində 1-i uşaq olmaqla 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

Toplum Tv "Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. 

Bildirilir ki, hücum zamanı Rusiya “İsgəndər-M” ballistik raketlərindən və “İsgəndər-K” qanadlı raketlərindən istifadə edib. Onların hamısının zərərsizləşdirildiyi bildirilsə də, yerə düşən qalıqların dağıntılar yaratdığı qeyd olunub. 

https://toplum.tv/dunya/pag-ev-rusiya-daxiline-huumlcumlari-desteklemirp

Kiyev meriyasının məlumatına görə, dağıntıların böyük hissəsi Kiyevin şərqindəki Desnyanski rayonunda baş verib. Sursat qalıqları uşaq xəstəxanası və yaşayış binasının üzərinə düşüb, 2 məktəbə və 1 polis idarəsinə ziyan dəyib. İkinci hadisə Dniprovski rayonunda baş verib, 1 yaşayış bloku zədələnib, yaxınlıqdakı avtomobillər yanıb.

Qeyd olunub ki, insident nəticəsində 11 yaşlı qız, anası və daha 1 qadın ölüb. Məlumata görə, Rusiya genişmiqyaslı işğala başlayandan bəri Ukraynada 500-ə yaxın uşaq həlak olub.

Dünən Rusiya şəhərlərində də hərbi insidentlər yaşanıb. Məlumata görə, Krasnodar şəhərində neft emalı zavodu dronla vurulduqdan sonra alovlanıb. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, iyunun 1-nə keçən gecə vilayət "davamlı atəş altında" olub.

Ukrayna tərəfində döyüşən "Rusiya Könüllülər Korpusu" və "Azad Rusiya" qruplaşmalarının üzvləri Rusiya ilə Ukrayna sərhədində olduqlarını və bölgəyə reyd hazırladıqlarını iddia ediblər. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Ermənistan XİN: Qarabağ erməniləri Azərbaycanın nəzarəti altında yaşaya bilər

Toplum TV
20 Sentyabr 2023

armedia.am

Ermənistan Xarici İşlər Nazirliyi Qarabağ ermənilərinin Bakı ilə danışıqlara hazır olduğunu açıqlayıb. Toplum TV "Reuters"ə istinadən bildirir ki, bu haqda sentyabrın 20-si Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib. Nazir müavini Qarabağ ermənilərin nəzəri olaraq Azərbaycanın nəzarəti altında yaşaya biləcəyini, lakin dialoq qurulmalı olduğunu vurğulayıb. “İki gün davam edən gərgin döyüşlər zamanı "Artsax" bölmələri canlı qüvvə və hərbi texnika baxımından bir neçə dəfə üstün olan düşmənə qarşı qəhrəmancasına müdafiə olunub, ona ən böyük itkiləri verib. Təəssüf ki, "Artsax" tərəfi də itkilər və yaralılar verib və bəzi ərazilərdə düşmən müdafiə qüvvələrinin döyüş mövqelərini yarıb bir sıra yüksəklikləri və strateji yol...
Dünya

Putin: Problemi sülh yolu ilə həll edə bilərik

Toplum TV
20 Sentyabr 2023

en.kremlin.ru

Rusiya prezidenti Vladimir Putin Qarabağda baş verən son hərbi əməliyyatlara dair şərh verib. Toplum TV TASS-a istinadən bildirir ki, bu barədə sentyabrın 20-si Vladimir Putin Çinin xarici işlər naziri Vanq Yi ilə görüşdə bildirib. Kreml rəhbəri Yerevan, Xankəndi və Bakı ilə sıx əlaqədə olduqlarını açıqlayıb. “Biz münaqişənin bütün tərəfləri və Yerevan, Xankəndi və Bakı ilə çox sıx əlaqə saxlayırıq. Ümid edirəm ki, biz gərginliyin azaldılmasına nail olaraq bu problemi sülh yolu ilə həll edə bilərik. Sülhməramlılarımız münaqişədə iştirak edən bütün tərəflərlə olduqca fəal işləyirlər. Onlar mülki insanları qorumaq üçün hər şeyi edirlər”, - Rusiya prezidenti vurğulayıb. https://toplum.tv/siyaset/ppasinyan-ermenistan-danisiqlarda-istirak-etmeyibp Bildirək ki, sentyabrın...

Seçilmiş Videolar

Toplum TV loqo