Dünya

Kiyev: Ukraynanın əks-hücum əməliyyatı artıq başlayıb

Toplum TV
25 May, 2023
91

Açıq mənbələrdən götürülüb

Ukrayna əsgərləri

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı artıq başlayıb.

Toplum TV xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak İtaliyanın RAI telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, əks-hücum artıq bir neçə gündür ki, davam edir, cəbhə 1,5 min kilometrə qədər uzanıb, amma ayrıca əməliyyatlar artıq başlayıb.

Podolyak onu da qeyd edib ki, Ukrayna müttəfiqlərinin ona təhvil verdiyi silahlardan Rusiya daxilinə zərbələr endirmək niyyətində deyil, bunlardan yalnız “Rusiya Federasiyasının işğal etdiyi ərazilərdə, o cümlədən Krım və Donbasda” istifadə edəcək.

https://toplum.tv/dunya/ppriqojin-quotvaqnerquotde-doumlyuumlsen-10-min-keccedilmis-mehbus-helak-olubp

Çərşənbə günü Co Bayden administrasiyası NASAMS təkmilləşdirilmiş orta mənzilli hava hücumundan müdafiə sisteminin Ukraynaya verilməsini təsdiq edib. Kompleksin özündən əlavə, Vaşinqton Kiyevə bütün lazımi avadanlıqları göndərmək niyyətindədir. Əməliyyatın ümumi məbləği təxminən 285 milyon dollar təşkil edəcək.

Bildirilir ki, artıq Ukraynanın iki belə sistemi var və Vaşinqton daha 6 sistem təqdim etməyi öhdəsinə götürüb.

ABŞ-dan əlavə, Avropa ölkələrinin Ukraynaya hərbi yardımları davam edir. Məlumata görə, Ukraynaya “F-16” qırıcıları ilk dəfə Niderland krallığı tərəfindən tədarük ediləcək. Danimarka isə yaxın günlərdə F-16 qırıcılarında ukraynalı pilotların təliminə başlayacağını bəyan edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

NATO Ukraynanın Rusiyaya hücumlarına haqq qazandırıb

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Kiyevin özünü müdafiə etmək hüququ var" Toplum TV xəbər verir ki, bunu iyunun 1-də NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya təşkil olunan hücumlarla bağlı açıqlamasında bildirib.  Stoltenberq vurğulayıb ki, NATO-nun mövqeyi dəyişməzdir: Kiyevin özünü müdafiə etmək hüququ var.   “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub”, - deyə o qeyd edib.  Baş katibin sözlərinə görə, Ukraynaya dəstək NATO-nu münaqişə tərəfi etmir: "NATO-nun iki vəzifəsi var: Ukraynanı dəstəkləmək və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bu ölkədən kənara çıxmasının qarşısını almaq”. https://toplum.tv/dunya/pmoskvaya-dron-huumlcumu-rusiya-ukraynani-ittiham-edirp Bundan əvvəl Ağ Ev Rusiya daxilinə hücumları dəstəkləmədiyini bildirmişdi.  "Vaşinqton Ukraynaya...
Dünya

Kiyevə gecə hücumu: ölənlər və yaralılar var

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

Rusiyanın mayın 31-dən iyunun 1-də keçən gecə Kiyevə raket hücumu nəticəsində 1-i uşaq olmaqla 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Toplum Tv "Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.  Bildirilir ki, hücum zamanı Rusiya “İsgəndər-M” ballistik raketlərindən və “İsgəndər-K” qanadlı raketlərindən istifadə edib. Onların hamısının zərərsizləşdirildiyi bildirilsə də, yerə düşən qalıqların dağıntılar yaratdığı qeyd olunub.  https://toplum.tv/dunya/pag-ev-rusiya-daxiline-huumlcumlari-desteklemirp Kiyev meriyasının məlumatına görə, dağıntıların böyük hissəsi Kiyevin şərqindəki Desnyanski rayonunda baş verib. Sursat qalıqları uşaq xəstəxanası və yaşayış binasının üzərinə düşüb, 2 məktəbə və 1 polis idarəsinə ziyan dəyib. İkinci hadisə Dniprovski rayonunda baş verib, 1...

Seçilmiş Videolar

Toplum TV loqo