Açıq mənbələrdən götürülüb
Aleksey Danilov
“Hazırlanmaq üçün dörd ayımız var. Seçkilərdən sonra Putin total səfərbərliyə başlayacaq”
Toplum TV UNİAN-a istinadən xəbər verir ki, bunu Kanadada keçirilən beynəlxalq təhlükəsizlik forumundakı çıxışı zamanı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
Onun sözlərinə görə, martda keçiriləcək “prezident seçkilərindən” sonra Rusiyadakı avtoritar rejim daha da “sementlənəcək” və bununla Kreml Rusiyanın ictimai rəyini nəzərə almadan öz hərbi potensialını tam işə salacaq.
https://toplum.tv/dunya/pzelenski-qerbin-desteyi-olmasa-geri-ccedilekileceyikp
O, həmçinin qeyd edib ki, Rusiya Qərbin sanksiyalarına uyğunlaşa bilib və hazırda öz hərbi-sənaye kompleksinə aktiv şəkildə vəsait xərcləyir, iqtisadiyyatı tədricən müharibə vəziyyətinə keçir.
"Rusiyanın strateji hədəfi Ukrayna dövlətinin dağıdılması və ukraynalı etnik qrupun "rus dünyası” çərçivəsində mənimsənilməsidir. Kreml bu məqsədindən əl çəkməyəcək, o, uzunmüddətli müharibəyə hazırlaşır”, - Danilov açıqlamasında vurğulayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?