Politico
Kosovada toqquşmalar
Mayın 29-da qismən tanınmış Kosovanın Zvecan bələdiyyəsi ərazisində zorakılıq zamanı yaralanan NATO sülhməramlılarının sayı 30-a çatıb.
Toplum TV xəbər verir ki, bu barədə NATO-nun yerli missiyası məlumat yayıb.
Bildirilir ki, NATO-nun rəhbərlik etdiyi KFOR missiyası eskalasiya riskini azaltmaq üçün serb əhalinin kompakt yaşadığı ərazilərdə, Kosovanın şimalındakı dörd bələdiyyədə mövcudluğunu artırıb.
Bölgədə baş verən toqquşmalarla əlaqədar Serbiya Prezidenti Aleksandr Vuçiç Qərb ölkələrinə müraciət edib. O, Kosovanın şimalından alban merlərini və xüsusi təyinatlı polis qüvvələrini çıxarmağa çağırıb.
Vuçiçin sözlərinə görə, Priştinanın birtərəfli addımları serblərə qarşı zorakılığa gətirib çıxarır ki, bu da bizi regionda sülh və sabitlikdən uzaqlaşdırır.
Prezident həmçinin Kosovanın baş naziri Albino Kurtini “serblərlə NATO arasında münaqişə yaratmaq istəyində” günahlandırıb.
https://toplum.tv/dunya/pserbiyanin-kennedisi-zoran-cinciccedilin-qetlinden-20-il-oumltduumlp
Bölgədə baş verən hadisələrlə əlaqədar Vaşinqton da Kosova rəhbərliyini tənqid edib.
Dövlət katibi Entoni Blinken bildirib ki, Kosovanın şəhər administrasiyalarının binalarını ələ keçirmək cəhdləri Belqraddakı hakimiyyətlə gərginliyi daha da artırıb.
Blinken Kosovanın Avropadakı tərəfdaşlarının tövsiyyələrinə zidd hərəkətlərini qətiyyətlə pislədiyini bəyan edib.
"Bu hərəkətlər gərginliyin kəskin və lüzumsuz artmasına səbəb olub, Kosova ilə Serbiya arasında münasibətlərin normallaşmasına kömək etmək səylərimizə xələl gətirib. Bu, Kosova ilə ikitərəfli münasibətlərimizə təsir edəcək", - deyə Blinken vurğulayıb.
Xatırlatma
Aprelin 23-də Kosovanın şimalında və Metohiya vilayətində bələdiyyə seçkiləri keçirilib. Serblərin maraqlarını təmsil edən “Serb siyahısı” qrupunun seçkiləri boykot etməsi səbəbindən bölgədə vəziyyət gərginləşməyə başlayıb.
Serblər bələdiyyə binaları ətrafında barrikadalar qurub. Kosova polisi binalara girməyə çalışarkən toqquşmalar baş verib.
Serbiya Prezidentinin əmri ilə Serbiya Silahlı Qüvvələri yüksək hərbi hazırlıq vəziyyətinə gətirilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Yaxın Şərqdə müharibə: ABŞ atəşkəs başa çatdıqdan sonra İsrail üçün qırmızı xətlər çəkib
Açıq mənbələrdən götürülüb
Reuters
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?