Kreml.ru
Dmitri Peskov
Moskva Ukraynadakı münaqişənin dondurulmasının əleyhinədir, bu məsələdə o, Qərb ölkələri ilə “həmrəydir”.
Toplum Tv TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Moskva Ukraynada müharibənin məqsədinə “ya xüsusi hərbi əməliyyat, ya da digər mövcud vasitələrlə” nail olmağa çalışacaq.
O, "başqa vasitələr" deyərkən nəyin nəzərdə tutulduğu açıqlamayıb. Kreml əvvəllər danışıqlara hazır olduğunu bəyan edib, bununla belə, Kiyev və Qərb ölkələrinin tələblərinin "açıq-aşkar qəbuledilməz" olduğunu bəyan edib.
Mayın ortalarında “Politico” nəşri mənbələrinə istinadən xəbər verib ki, ABŞ rəsmiləri Ukraynadakı müharibənin uzun illər davam edəəcək “dondurulmuş münaqişə”yə çevrilməməsi üçün addımlar atmağı planlaşdırır. Ehtimallara görə, münaqişə dondurularsa, vəziyyət 20-ci əsrin ortalarında Koreya müharibəsindən sonra Koreya yarımadasında yaranmış vəziyyətə bənzəyəcək.
Kiyev də müharibənin dondurulmasına qarşı çıxır. O, vəziyyətin bu cür inkişafını “qlobal təhlükəsizliyin əsaslarının dağılması” kimi xarakterizə edir.
Mart ayında Pentaqonun sözçüsü Con Kirbi demişdi ki, hazırkı vəziyyətdə rus qoşunlarını çıxarmadan hərbi əməliyyatları dayandırmaq Rusiyanın qazanclarının de-fakto tanınması deməkdir. Münaqişənin dondurulmasına Almaniya kansleri Olaf Şolts və Böyük Britaniyanın baş naziri Rişi Sunak da qarşı çıxıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür