Krım körpüsündə ilk partlayışı Ukrayna kəşfiyyatı törədib?
Açıq mənbələrdən götürülüb
Ukrayna hərbçisi
Krım körpüsündə ötən ilin oktyabrındakı ilk partlayışı Ukrayna Təhlükəsizlik Xidməti (UTX) törədib, planın hazırlanması və gerçəkləşdirilməsinə qurumun başçısı Vasili Malyuk rəhbərlik edib.
Ukraynanın NV nəşrinə müsahibəsində Malyuk özü bu barədə danışıb.
2022-ci il oktyabrın 8-də qoşqulu yük maşınının partladılması nəticəsində avtobil körpüsünün üç gözü uçdu, dəmiryolu körpüsü də ciddi xəsarət aldı.
“Körpü ilə bağlı xüsusi əməliyyatın hazırlanması və gerçəkləşdirilməsi ilə şəxsən mən və iki etibarlı əməkdaşım məşğul olub”, - Vasili Malyuk deyir.
Onun sözlərinə görə, mülki yük kimi görünməsi və skanerlərlə sezilməməsi üçün partlayıcı rulonları bir neçə qat plastik plyonkalara bürünmüşdü.
UTX rəhbəri deyir ki, onlar körpüdə quraşdırılan və məqsədi partlayıcı maddələrdəki GPS ayarlarını kəsmək olan “boğucu”lardan da yayına biliblər.
Malyuk kəşfiyyatın partlayıcını Krım körpüsünə qədər gətirməyə necə nail olduğunun detallarını açmayıb, amma onun sözlərinə görə Rusiya hüquq-mühafizə orqanlarının saxladığı və partlayışa aidiyyatda günahlandırdığı adamlar əslində Krım körpüsünə hücum haqqında heç nə bilmirdilər.
“Biz cəhənnəmin yeddi dairəsindən keçdik, nə qədər xəbərsiz adamdan istifadə etdik. Rusiyalılar 22 nəfəri həbsə atıblar. Hamısını terror aktında ittiham edirlər. Əslində isə onlar özləri üçün ənənəvi olan işlə məşğul idilər. Onlar adi rus qaçaqmalçılarıdır”, - Vasili Malyuk deyib.
Krım körpüsündə partlayış ittihamı ilə səkkiz nəfər həbs olunub, onların hamısı hadisədən sonrakı bir həftə ərzində saxlanılıblar.
Həbs olunanların vəkilləri fevralda BBC-yə deyiblər ki, “təsadüfi adamları” məsuliyyətə cəlb etməyə çalışırlar. Yükə aidiyyatı olan hər kəsi terrorizm maddəsi ilə həbs ediblər.
Rusiya prezidenti Vladimir Putin Krım körpüsündəki partlayışı məqsədi “olduqca vacib mülki infrastruktur obyektini məhv etmək” olan “terakt” adlandırıb. “Bunu Ukrayna xüsusi xidmət orqanları hazırlayıb”, - Putin birinci hücumdan az sonra demişdi.
Ukrayna isə həmin partlayışa aidiyyatının olmasını uzun müddət rəsmən bildirməyib. Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak partlayan furqonun körpüyə Rusiya tərəfdən girdiyini söyləyərək məsuliyyəti “daxili çəkişmələr nəticəsində nəzarətdən çıxan” Rusiya güc strukturlarının üzərinə qoyub.
Oktyabr partlayışından sonra körpüdə avtomobil nəqliyyatı 4,5 ay sonra, dəmiryolu nəqliyyatı isə 7 ay sonra tam bərpa olundu.
“Dəniz körpəsi”. Krım körpüsünə ikinci hücum
UTX rəhbəri Krım körpüsünə iyulun 17-də baş tutan ikinci hücumun da bəzi təfərrüatlarını açıqlayıb. O deyib ki, zərbə “Dəniz körpəsi” adlı su dronu vasitəsilə həyata keçirilib. Pilotsuz aparatda 850 kq partlayıcı olub.
Əməliyyatın hazırlanmasında və gerçəkləşdirilməsində kod adı “Hanter” olan kəşfiyyat zabiti önəmli rol oynayıb. O, dəniz dronundakı partlayıcının həcmini 850 kiloqrama çatdırmağa, eləcə də idarəçilik sistemini modernləşdirməyə nail olub.
Malyuk pilotsuz aparatın hazırlanmasına bir neçə ay sərf olunduğunu deyib.
Krım körpüsünə ikinci hücum zamanı iki nəfər həlak olub, konstruksiya 145-ci dayaq rayonunda xəsarət alıb.
Rusiya İstintaq komitəsi terakt maddəsi ilə cinayət işi açıb. Milli antiterror komitəsi körpüyə iki suüstü dronun hücum etdiyini bildirib. Hər iki qurum Ukraynanı ittiham edib.
Ukrayna hakimiyyəti bu hücumun da məsuliyyətini rəsmən üzərinə götürməmişdi. Amma kəşfiyyatdakı mənbə BBC-yə bildirmişdi ki, Krım körpüsünə gecə hücumu USQ hərbi-dəniz qüvvələrinin və UTX-nin birgə əməliyyatıdır.
BBC-nin UTX-dən aldığı rəsmi şərhdə isə “Ukrayna Təhlükəsizlik Xidməti partlayışın təşkili ilə bağlı bütün detalları qələbədən sonra mütləq açacaq” deyilir.
Krım körpüsü – Krımın ilhaqının simvoludur
2018-ci ilin mayında açılan Krım körpüsü eyni zamanda həm Ukraynanın cənub vilayətlərində döyüşən Rusiya ordusunun təchizat zəncirində mühüm halqa, həm infrastrukturun mühüm obyekti, həm də yarımadanın Rusiya tərəfindən ilhaqının simvolu və işğal olunan ərazilərdə Rusiyanın ən ambisiyalı layihəsidir.
Moskva bu obyektin müdafiəsi üçün xeyli səylər göstərərk hava və dəniz zərbələrindən qoruyur. Mayda Krım körpüsünün ətrafında təhlükəsizliyin təmini üçün təlimlər keçirilib. Təlim zamanı körpünü qismən örtən tüstü pərdəsi buraxılıb.
Bu səylər müəyyən nəticlər verir. Məsələn, iyulun 9-da rus HHM sistemi raketi vurub. Bundan sonra körpüdə hərəkət dayandırılıb. Krımın başqa rayonlarında da mütəmadi dronlar vurulur.
https://toplum.tv/siyaset/pukrayna-krim-koumlrpuumllerini-vurdugunu-tesdiqledip
İyulun 17-ə qədər körpüyə dənizdən təhdid hipotetik görünürdü. Hərçənd. Ukrayna apreldə Sevastopoldakı buxtalardan birinə və iyunda “Priazovye” hərbi gəmisinə zərbə cəhdi zamanı dəniz dronlarından istifadə etmişdi.
Mənbə: https://www.bbc.com/russian/articles/c1ex3xe0p5do
Tərcümə: Yadigar Sadıqlı
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Ermənistan XİN: Qarabağ erməniləri Azərbaycanın nəzarəti altında yaşaya bilər
armedia.am
en.kremlin.ru
Qubad İbadoğluna dini ekstremizm ittihamı: hakimiyyət niyə va-bank gedir?
11 sentyabr - Dünyanı dəyişdirən gün
Krım körpüsündə ilk partlayışı Ukrayna kəşfiyyatı törədib?
Rusiyada müharibə fonunda türk serialları çiçəklənir
"Ana, bu mənəm, sənin oğlun" - Çilidə diktatura dövründə itkin düşənlər axtarılır