Dünya

“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?

Yadigar Sadıqlı
4 May, 2023
562

CNN

“Evrika” əməliyyatı

Çərşənbə günü səhər tezdən bir sıra Avropa ölkələrinin, eləcə də Braziliya və Panamanın polisləri italiyalıların “Ndrangeta” mafiya sindikatına qarşı basqın həyata keçiriblər.

“Evrika” adlı beynəlxalq əməliyyata Almaniya başçılıq edib. Onun həyata keçirilməsi dörd il yüksək məxfilik şəraitində aparılan istintaq nəticəsində mümkün olub.

Əməliyyat zamanı 200-ə qədər adam həbs olunub. Onlar kokain qaçaqmalçılığında, çirkli pulların yuyulmasında və vergi cinayətlərində şübhəli bilinirlər.

Həbs olunanların əksəriyyəti (bəzi məlumatlara görə, 108 nəfər) sindikatın əsas klanlarından birinin məskunlaşdığı San Luka (İtaliya) şəhərciyində saxlanılıb. Daha 15 nəfər İtaliyanın şimalındakı Genuyada tutulub.

https://toplum.tv/dunya/pteodor-usev-muumlharibe-rus-medeniyyetini-mehv-edirp

Almaniyanın qərbində onlarla adam saxlanılıb. Polisin informasiyasına görə, burada pulların yuyulması həyata keçirilirmiş. Həbslər bir sıra Avropa ölkələrində də baş tutub.

“Evrika” əməliyyatında İtaliya, Belçika, Fransa, İspaniya, Rumıniya, Braziliya və Panama hakimiyyəti, eləcə də Avropa agentləri iştirak ediblər.

“Ndrangeta” mərkəzi Kalabriya vilayətində olan böyük mütəşəkkil cinayətkar dəstədir. O, Siciliyanın “Koza nostra” və ya Neapolun “Kamorra”sı qədər tanınmır, amma dünyadakı ən qüdrətli cinayətkar təşkilatlardan biri hesab olunur.

Onun fəaliyyəti Avropanın çox hissəni əhatə edir və artıq çoxdan ABŞ, Meksika və Latın Amerikası ölkələrinə yayılıb.

Pandemiya mafiyanın ifşasına necə kömək edib

Təkcə Almaniyada əməliyyata minə qədər polis və xüsusi xidmət əməkdaşları cəlb olunub.

Əməliyyat şəfəq vaxtı verilən siqnal əsasında bir neçə ölkədə birdən başlayıb. Polis şübhəlilərin evlərinə və ofislərinə girib. İtlərin köməyi ilə zirzəmilərə baxış keçirilib.

İtaliya və Belçikadakı həmkarları ilə sıx əməkdaşlıq şəraitində işləyən Bavariya polisinin nümayəndələrinin sözlərinə görə, “Ndrangeta” 2019-cu ilin oktyabrından 2022-ci ilin yanvarına qədər Avropada Latın Amerikasından gətirilmiş 25 tona yaxın kokain satıb.

Narkotikin çox hissəsi Belçika və Niderlandda yayılıb. Yükü daşıyan gəmilər Antverpen, Rotterdam və Kalabriyadakı Coya-Tauro limanlarına yan alıblar.

Eləcə də müəyyən edilib ki, kokainin bir hissəsi sonradan Avstraliyaya göndərilib.

Bundan əlavə, istintaq “Ndrangeta”nın həmin dövrdə Avropada 22 milyon dollardan çox vəsaiti yuduğunu aşkar edib. Əməliyyat pisseriyalar və kafe şəbəkələri, dondurma satışı nöqtələri vasitəsilə həyata keçirilib. Onların böyük əksəriyyəti Almaniyanın qərb torpaqlarında yerləşir.

Bu, bir qrup İtaliya vətəndaşının –  25-48 yaş arasında bir qadının və yeddi kişinin 2020-ci ilin iyulunda Bavariya polisinin diqqətini çəkməsi ilə baş verib.

Həmin qrup Münhendə yaşayıb və müəssisələrin fəaliyyətinə nəzarət edirdi. Məxfi istintaq nəticəsində onların Almaniya ərazisində kokain qaçaqmalçılığına və qanunsuz maliyyə əməliyyatlarına bulaşmaları aşkar edilib.

https://toplum.tv/dunya/pboston-faciesi-qafqazli-qardaslari-terror-toumlretmeye-ne-vadar-etdip

Oxşar sxem Belçikada da müəyyən olunub və tezliklə Avropanın hüquq-mühafizə orqanları bu adamların “Ndrangeta” ilə əlaqəli olduğunu təsbit ediblər.

Polislərin dediklərinə görə, mafiyanın ifşasında cinayətkarların xüsusi kriptomüdafiəyə malik mobil telefon rabitəsinə girilməsi əsas rol oynayıb.

“Ndrangeta” öz üzvlərinin işgüzar məsələlərin həllində mobil telefondan heç vaxt  istifadə etməmələri ilə məşhurdur. Onlar bir-biriləri ilə üzbəüz görüşmək üçün yüzlərlə kilometr qət etməyə üstünlük verirlər.

Amma pandemiya onları mobil telefonlardan istifadəyə məcbur edib, bu da şəbəkənin ifşasını xeyli sürətləndirib.

Almaniya və Kalabriya vilayət polisi daha sonra mətbuat konfransı keçirməyi vəd edir. Bu zaman, ola bilər, beynəlxalq əməliyyatın təfərrüatları aşkarlansın.

Mənbə: BBC

Tərcümə: Yadigar Sadıqlı:


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

NATO Ukraynanın Rusiyaya hücumlarına haqq qazandırıb

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Kiyevin özünü müdafiə etmək hüququ var" Toplum TV xəbər verir ki, bunu iyunun 1-də NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya təşkil olunan hücumlarla bağlı açıqlamasında bildirib.  Stoltenberq vurğulayıb ki, NATO-nun mövqeyi dəyişməzdir: Kiyevin özünü müdafiə etmək hüququ var.   “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub”, - deyə o qeyd edib.  Baş katibin sözlərinə görə, Ukraynaya dəstək NATO-nu münaqişə tərəfi etmir: "NATO-nun iki vəzifəsi var: Ukraynanı dəstəkləmək və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bu ölkədən kənara çıxmasının qarşısını almaq”. https://toplum.tv/dunya/pmoskvaya-dron-huumlcumu-rusiya-ukraynani-ittiham-edirp Bundan əvvəl Ağ Ev Rusiya daxilinə hücumları dəstəkləmədiyini bildirmişdi.  "Vaşinqton Ukraynaya...
Dünya

Kiyevə gecə hücumu: ölənlər və yaralılar var

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

Rusiyanın mayın 31-dən iyunun 1-də keçən gecə Kiyevə raket hücumu nəticəsində 1-i uşaq olmaqla 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Toplum Tv "Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.  Bildirilir ki, hücum zamanı Rusiya “İsgəndər-M” ballistik raketlərindən və “İsgəndər-K” qanadlı raketlərindən istifadə edib. Onların hamısının zərərsizləşdirildiyi bildirilsə də, yerə düşən qalıqların dağıntılar yaratdığı qeyd olunub.  https://toplum.tv/dunya/pag-ev-rusiya-daxiline-huumlcumlari-desteklemirp Kiyev meriyasının məlumatına görə, dağıntıların böyük hissəsi Kiyevin şərqindəki Desnyanski rayonunda baş verib. Sursat qalıqları uşaq xəstəxanası və yaşayış binasının üzərinə düşüb, 2 məktəbə və 1 polis idarəsinə ziyan dəyib. İkinci hadisə Dniprovski rayonunda baş verib, 1...

Seçilmiş Videolar

Toplum TV loqo