Dünya

Leytenant Putinin həbs etdiyi adam

12 Dekabr, 2022
536

Bumaqa

Yuli Rıbakov

KQB-nin gənc leytenantı Vladimir Putin 1976-cı ildə Leninqrad rəssamları Yuli Rıbakov və Oleq Volkovun evində axtarış aparırdı. Onlar Petropavlovsk qalasının divarına 42 metr uzunluğunda “Siz azadlığı çarmıxa çəkirsiniz, amma insan ruhu qandal tanımaz” yazmışdılar. Putinin iştirakı yalnız indi, tarixçi Konstantin Şolmov axtarış protokoluna diqqət yetirəndə məlum olub.

Həmin yazıya görə Volkov yeddi il, Rıbakov altı ilə həbs cəzası aldı.

Oleq Volkov 2005-ci ildə vəfat edib. Yuli Rıbakov Leninqrada qayıdıb, Sovet İttifaqındakı ilk demokratik partiyanı təsis edib, 90-cı illərdə Dövlət Dumasının deputatı olub, indi də hüquq müdafiəçisidir.

“Bumaqa” portalı onunla həbsi və digər məsələlər haqqında söhbət edib. Toplum TV müsahibəni ixtisarla təqdim edir.

1976-cı ilin cinayət işi haqqında

Tarixçi Konstantin Şolmov sizin işiniz üzrə axtarışın leytenant Putin tərəfindən aparıldığını aşkar edib. Bu, sizin Siyasi tarix muzeyinə verdiyiniz məhkəmə arxivində təsbit olunub. Siz bu barədə bilmirdiniz?

Mən arxivi çoxdan, 2003-cü ildə vermişəm. Onun mənim əlimə necə keçməsi tamamilə əcaib və sərsəm əhvalatdır.

https://toplum.tv/dunya/olena-zelenska-rusiyaya-erazi-guzestleri-muharibede-helak-olanlara-xeyanet-demek-olacaq

Dumada öz kabinetimdə oturmuşam. İşləyirəm. “Cinayət işiniz sizi maraqlandırır?” yazılan məktub alıram. Təbii, cavab verirəm ki, maraqlandırır. “Piterə gəlin, telefonla zəng edin”. Gəlirəm, zəng edirəm. Sən demə, Vasileostrov rayon məhkəməsinin keçmiş binasını mühafizə edən qarovulçu məhkəmə oradan köçərkən atılmış xeyli kağız-kuğuz tapıb, o cümlədən bizim on cildlik işimizi.

Qarovulçu onu mənə elə-belə verdi. Böyük maraqla oxudum, sonra fikirləşdim: “Bunu nə edəcəyəm? Evdə saxlayacağam? Nə mənası?” Qərara gəldim ki, şəxsi arxivimdə olan başqa materiallarla birlikdə muzeyə verim.

Mən protokolları Putinin adına fikir verəcək qədər diqqətlə oxumurdum. Onun bizim axtarışlarda iştirak etməsi mənim üçün də gözlənilməz oldu.

Bu kağız muzeydə göz qabağında idi: onu kopyaladılar, laminasiya etdilər və stendə vurdular ki, ziyarətçilər oxuya bilsinlər. Leytenantın soyadı diqqəti çəkmirdi: xırda və çox da aydın olmayan xətlə yazılmışdı. Amma buna diqqət verən vasvası tarixçi tapılıb.

Bunun hansı şəkil alacağını 1976-cı ildə bizlərdən kimsə bilmirdi: gənc adamlar axtarışa gəldilər, onlardan birinin soyadı Putin idi. Onun prezident olacağını kim bilərdi?

Axtarışdan sonra nə baş verdi?

Bizi həbs edərkən iki qadını da apardılar. Onları buraxmaları üçün mən və Volkov etiraf etdik ki, Petropavlovskda və şəhərin başqa yerlərində bir sıra yazıların müəllifi bizik. Həqiqətən də, qadınları buraxdılar, biz qaldıq.

İstintaq zamanı bunu ümumiyyətlə, niyə etdiyimizi söyləməli idik. İddia etməyə başladıq ki, biz bütövlükdə sovet hakimiyyətinin əleyhinə deyilik, ona görə də RSFSR CM-nin 70-ci maddəsinin (sovet hakimiyyətini sarsıtmağa yönələn hərəkətlər – Bumaqa) bizə şamil olunması doğru deyil. Biz sovet hökumətinin əleyhinə deyilik, sovet hökumətinin tərəfdarıyıq, amma kommunistlərsiz.

Həqiqətən də baxışlarınız belə idi?

Yəqin ki, hə. Özlüyündə sovet sistemi parlament sistemidir. Kommunist diktaturası olmasaydı, belə ola bilərdi. Bu monopoliyanın yoxluğu sovet sistemini normal demokratik sistemə çevirə bilərdi. Təcrübədə belə olmadı.

Xeyli sonralar mən özüm axırıncı çağırış Leninqrad sovetinin deputatı oldum, orada kommunist diktaturası artıq yox idi, amma lazım olan professional parlamentə cəmiyyət hazır deyildi.

1976-cı ildə bu düşüncələr müstəntiqlərin çox da xoşuna gəlmədi və görünür, belə bir qənaətə gəldilər ki, əgər məhkəmədə də bu mövqedən çıxış etsək, siyasi proses alınacaq. Buna görə Moskva onların başını sığallamaz. Çünki tamam əksi istənilirdi: siyasi işlərin sayını azaltmaq. Bizi psixi xəstə elan etmək qərarına gəldilər. Amma alınmadı.

Nə mane oldu?

Moskvalı professor Lunts (“cəza psixiatriyası”nın banilərindən sayılır – Bumaqa) fikiləşdiyi “ləng gedişatlı şizofreniya”, “İslahatçılıq sayıqlaması” və başqa bu kimi anlayışlar var ki, az qala bütün hərəkətləri onlarla izah etmək olar. Təsəvvür edin, birisi yerli rəhbərlikdən MK-ya şikayət edib və müəyyən ideyalar irəli sürüb, sosializmi necə təkmilləşdirmək, ona insan siması vermək. Bu ki, “islahatçılıq sayıqlaması”dır, tez psixi xəstəxanaya. Bizimlə də eyni şey etmək istəyirdilər.

Müstəntiqlər psixiatr çağırdılar, professor Snejnevski idi. O, Moskva psixiatrlarından fərqli olaraq KQB-nin təklif etdiyi hamını ştamplamırdı. Sovet hökumətinə müxalif və dissident deyildi, hesab edirdi ki, cinayətkarlar həbsdə olmalıdırlar. Onun müayinəsindən keçən çox az dissident psixi xəstəxanaya düşüb. O, Volkovla ayrılıqda, mənlə ayrılıqda danışdı və müalicəyə ehtiyacımızın olmadığı qərarına gəldi.

Bəs müstəntiqlər nə etdilər?

Onlar artıq görmüşdülər ki, biz yoldaşlarımızdan ötrü hər şeyə hazırıq, bizə ultimatum verdilər. Növbəti sorğu-sual zamanı bütün şəhər üzrə axtarışlar barədə protokolların qalağını stol üstünə qoydular.

Bu axtarışlar nəticəsində o zaman qadağan olunan kitablar tapılmışdı. Mənə dedilər: “Əgər məhkəməni siyasi prosesə çevirməyə cəhd etsən, bu protokollardakı 18 nəfər sənin dalınca gedəcək. Kimisi işindən olacaq, kimisi təhsilindən. Əgər yazılarınızı qəbul olunmayan rəssam kimi acığınızdan yazdığınızla razılaşsanız, sizləri xuliqan kimi məhkum edəcəyik və həmin adamlara toxunmayacağıq”.

Biz məhkəmədə susub oturduq, etiraz etmədik, çünki bilirdik ki, bununla dostlarımızı xilas edirik.

Siz qayıdanda nələr baş verdi?

Həbsdən sonra da incəsənətlə məşğul olmağa başladım. Artıq əmin deyildim ki, uğrunda mübarizə apardığımız azadlıq cəmiyyətə lazımdır. Mən düşərgələrdə insanlara baxdım, bu isə ən müxtəlif şəxslərdir, ən aşağıdan yuxarıya qədər cəmiyyətin bir hissəsi. Baxıb fikirləşdim ki, haqqında düşündüyüm azadlıq onlara çox da lazım deyil. İxtiyar ver, gəzib dolansınlar, ola bilər. Amma əsl azadlıq, deyəsən, yox.

Buna görə də qayıdanda həbsə qədər işlədiyim rəssamlarla əlaqələri bərpa etdim. Doğrudur, onların yarısı Qərbə getmişdi. Amma yeniləri, gənclər tapılmışdı, onlar nizamnaməsində bütün rəssamların öz yaradıcılıqları ilə kommunizm quruculuğuna töhfə verməli olduqları yazılan ittifaqa üzv olmaq istəmirdilər. Onlar sadəcə incəsənətlə məşğul olmaq istəyirdilər.

Biz də öz birliyimizi yaratdıq. 1982-ci ildən 1988-ci ilə qədər 12 sərgi keçirdik, böyük, yaxşı. Öz ittifaqımızın leqallaşdırılması uğrunda müvəffəqiyyətlə mübarizə apardıq.

Putin Rusiyası haqqında

Uzun müddət senzura altında yaşayıb tənqidi düşüncəyə malik vicdanlı adam kimi qalmaq mümkündürmü?

Əlbəttə, olar! Təki düşünmək, müqayisə etmək və informasiya axtarmaq həvəsin olsun, senzura buna, ümumiyyətlə, mane olmaz. Özlüyündə informasiya axtarışı və onu müqayisə etmək müstəqil düşüncəyə gətirib çıxarır. Haradasa rəsmi versiya ilə razılaşa bilərsən, haradasa yox. Hər halda sənin seçim imkanın yaranır.

Qorxu mane olmur bəs?

İnsanların çoxu qorxaraq yaşayır, onda da, indi də. İnsanların çox böyük hissəsi əslində qorxduqlarını etiraf etməməklə özlərini xilas edirlər. Bunu özünə etiraf etmək xoş deyil, asan deyil. Çoxu öz qorxusunu müxtəlif bəhanələrlə izah edir: “Hər şey belə birmənalı deyil. Ümumiyyətlə, cəhənnəm olsunlar ailəm, uşaqlarım var, onları saxlamalıyam”.

Bəs, sizcə, insanlar nədən qorxurlar?

Putin hakimiyyətə gələndən sonra bizim cəmiyyət görür ki, dövlət marağı deyilən şeyin insan maraqlarından üstün olduğu sayılan zaman dövlət öz təbəələrinə qarşı amansızdır, dövlət isə həmişə belə hesab edir.

“Kursk” faciəsi bunu göstərdi, xarici dövlətlər köməyə hazır idilər, amma onlara qadağan etdilər. “Nord-Ost” əhvalatı bunu nümayiş etdirdi: hakimiyyət danışıqlardan imtina etdi və düşünülməmiş əməliyyat nəticəsində 100-dən çox girovun ölümünə səbəb oldu. Sonra Beslan oldu, uşaqlarla, onları da qurban verdilər, “terrorçularla danışıq aparmırıq” prinsipi və yalançı dövlət nüfuzu naminə.

Bütün bu hadisələri istər-istəməz izləyənlər anlayırlar ki, əgər hərbçiləri, mülkiləri, uşaqları qurban vermək mümkündürsə, onları da qurban verə bilərlər. O zaman girov sindromu yaranır: “Yaxşısı budur, mən bu terrorçunu sevim, onun ümumdünya qəsdi barədə sayıqlamalarına inanım. Yaxşısı budur onun yanında olum, nəinki qarşısında”.

https://toplum.tv/dunya/rus-muxalif-lideri-hebs-ne-vaxtsa-bitecek-ozune-hormet-ise-qalacaq

Siz demisiniz ki, Rusiyada demokratik proses Çeçenistan müharibəsinə ilişdi. Ukrayna müharibəsi bizimlə nə edəcək?

Çeçenistan müharibəsi cinayətkar, axmaq və heç kəsə lazım olmayan müharibə idi. O, Rusiyada yenicə anadan olan, ayaq tutmağa çalışan demokratiyanın inkişafını dayandırdı. Hər şey bu müharibədən başladı. Mən əminəm ki, bu əhvalat xüsusi xidmətlərsiz keçmədi, onlara demokratiyanın süd dişlərini sındıracaq daş tapmaq lazım idi. Bunu da etdilər.

Ukrayna müharibəsi, ehtimal ki, əks proseslərə rəvac verəcək. Hər halda cəmiyyətin özünüqoruma instinkti vəziyyəti radikal dəyişikliyə sövq etməlidir. Baş verəndən çox ciddi zərər görən elitalar var. Mən çox ümid edirəm ki, vəziyyəti kökündən dəyişmək və Rusiyanı demokratiya yolundan döndüyü yolayrıcına qaytarmaq üçün onların gücü və imkanları tapılacaq.

İndi vətəndaş cəmiyyəti ilə nə baş verir? O, özünü necəsə göstərir?

Vətəndaş cəmiyyəti baş verənlərdən uzunmüddətli şokdadır, çünki bunu dəyişmək üçün hər hansı fürsət görmür. Xeyli hissəsi gedib. Kimsə dərin depressiyadadır, kimisə işlətdiyi sözünə görə işdən qovurlar. Ağır ab-havadır. Ləng gedişatlı fəlakət.

Buna görə də qarşıda hələ uzun yol var. Əgər o, ümumiyyətlə, mövcuddursa. Ukraynada müharibə qurtaranda dəqiq bilinəcək. Necə qurtarmağından da asılıdır.

Bəs siz özünüz niyə Rusiyada qalmısınız?

Düşünürəm ki, burada hələ lazım olaram.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Bayden Ukraynaya F-16 qırıcılarının verilməyəcəyini deyib

Toplum TV
31 Yanvar 2023

Forbes

ABŞ Prezidenti Co Bayden bildirib ki, Vaşinqton Kiyevə F-16 qırıcıları verməyəcək. Toplum TV CNN-ə istinadən xəbər verir ki, brifinq zamanı jurnalistlərin Ukraynaya təyyarələrin verilməsi ideyasını dəstəkləyib-dəstələmədiyini soruşduqda Bayden “Xeyr” cavabını verib. Bundan sonra ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi Baydenin bəyanatını şərh edib. O, bildirib ki, Vaşinqton artıq Kiyevi kifayət qədər silahla təmin edib. https://toplum.tv/dunya/pqerb-ukraynaya-tanklar-goumlnderir-amma-indi-basqa-problem-varp Kiyevə qırıcı təyyarələrin tədarükü məsələsi ötən həftə Qərb istehsalı olan tankların Ukraynaya göndərilməsi təsdiqləndikdən sonra müzakirə olunmağa başlayıb. Ukrayna ordusu 180-ə yaxın qırıcı təyyarəyə ehtiyac olduğunu bildirib. Hollandiya və Polşa Ukraynanı öz F-16 qırıcıları ilə təmin etməyə hazır olduqlarından bildiriblər. Yanvarın 30-da Polşanın...
Dünya

Çin ABŞ-dan Ukraynaya silah tədarükünü dayandırmağı tələb edir

Toplum TV
30 Yanvar 2023

Açıq mənbələrdən götürülüb

Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ı Ukrayna böhranının təşəbbüskarı adlandırıb və silah tədarükünü dayandırmağa çağırıb. Toplum TV "Reuters"-ə istinadən xəbər verir ki, bu barədə XİN-in nümayəndəsi Mao Ninq açıqlama verib. "ABŞ Ukrayna böhranının əsas təşəbbüskarı və hərəkətverici qüvvəsidir. Onlar Ukraynanı davamlı olaraq ağır və hücum xarakterli silahlarla təchiz etməklə münaqişəni uzadır və onu daha da gərginləşdirirlər. Əgər ABŞ həqiqətən də böhranın tezliklə bitməsini istəyirsə, Ukrayna xalqının təhlükəsizliyini həqiqətən düşünürsə, o zaman silah göndərməyi dayandırmalı və müharibədən qazanc əldə etməyi sonlandırmalıdır”, - deyə o bildirib.  https://toplum.tv/dunya/pqerb-ukraynaya-tanklar-goumlnderir-amma-indi-basqa-problem-varp Bundan əvvəl Vaşinqton administrasiyası Ukraynaya "Abrams" tanklarını göndərmək qərarına gəlib. Qeyd olunur ki, hərbi texnikanın...

Seçilmiş Videolar

Toplum TV loqo