Dünya

London Ərdoğanla görüşən Şotlandiya nazirinə xəbərdarlıq edib

11 Dekabr, 2023
649

Açıq mənbələrdən götürülüb

Həmzə Yusaf Ərdoğanla

Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Kemeron Şotlandiya hökumətini təhdid edərək xarici əlaqələrin qurulmasında Forin-ofisin şotlandlara yardımını dayandıra biləcəyini deyib. Kemeronu Şotlandiyanın birinci naziri Həmzə Yusafın Forin-ofisin nümayəndəsinin iştirakı olmadan Türkiyə Prezidenti Ərdoğanla görüşməsi və Qəzza sektorundakı müharibə ilə bağlı mövqeyini bildirməsi əsəbləşdirib. 

Birləşmiş krallığın tərkib hissələrinin muxtariyyəti haqqında qanunlara görə, həmin hissələr yalnız öz kompetensiyalarına aid sahələr üzrə xarici əlaqələri inkişaf etdirə bilərlər, əcnəbi siyasətçilərlə görüşlər zamanı isə, protokola görə, Britaniya XİN nümayəndəsi iştirak etməlidir.

BBC-nin də tanış olduğu məktubda Kemeron Dubayda keçirilən iqlim konfransının gedişində Yusafın prezident Ərdoğanla görüşəcəyi barədə Britaniya diplomatlarının əvvəlcədən xəbərdar edilməməsinə və bu səbəbdən Forin-ofis nümayəndəsinin həmin görüşdə iştirakının baş tutmamasına görə Şotlandiyanın xarici əlaqələr naziri Aqnus Robertsonu qınayır.  

Devid Kemeron  - Açıq mənbələrdən götürülüb 

“Xarici işlər nazirliyinin nümayəndəsinin iştirak etməməsi protokola ziddir”, - yazan Kemeron belə halların davam edəcəyi təqdirdə XİN görüşlərin təşkilində yardımı və logistik dəstəyi dayandıracağını bildirib. 

https://toplum.tv/dunya/pyaxin-serqde-muumlharibe-abs-ateskes-basa-ccedilatdiqdan-sonra-israil-uumlccediluumln-qirmizi-xetler-ccedilekibp

Yusafın mətbuat xidməti isə deyir ki, diplomatlar xəbərdar və dəvət ediliblər, amma bu görüşlərin mahiyyəti elədir ki, çox vaxt spontan baş verirlər, son dəqiqədə vaxtları dəyişdirilir. İndiki halda da XİN nümayəndəsi Türkiyə prezidentinə uyğun vaxtda gələ bilməyib. 

Şotlandiya hökumətindəki mənbə BBC-yə deyib ki, şotlandların fikrincə, Kemeron bu hadisəyə həddən artıq önəm verir: “Axı biz prezidentə deyə bilməzdik ki, bir az gözləyin, müşayiətçimizi tapaq”.

Amma BBC-də olan məlumata görə, problem təkcə bu formallıqda deyil: Forin-ofisi Yusafın dedikləri narahat edir.

Həmzə Yusuf dekabrın 1-də Ərdoğanla görüşdən sonra X şəbəkəsində prezidentlə iqlim və Qəzzadakı müharibə haqqında danışdığını, atəşkəsə çağırdığını yazıb.  

Bu mövqe Londonun rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. Məsələn, atəşin dərhal dayandırılması haqqında qətnamə BMT TŞ-da son dəfə səsə qoyulanda Böyük Britaniya bitərəf qalıb. 

“Şotlandiya haqqında Qanuna görə, xarici siyasət Londonun səlahiyyətindədir və indiki mürəkkəb dövrdə Böyük Britaniyanın beynəlxalq arenada vahid və ardıcıl mövqedən çıxış etməsi heç zaman olmadığı qədər mühümdür”, - Britaniya hökumətinin mətbuat xidməti hadisəni belə şərh edib. 

Həmzə Yusaf avqustda eynilə indiki kimi – Forin-ofis nümayəndəsinin iştirakı olmadan – İslandiyanın baş naziri ilə görüşəndə əvvəlki xarici işlər naziri Ceyms Kleverli də şotlandlara nəticələrlə bağlı xəbərdarlıq etmişdi. 

Amma BBC-nin hökumətdəki həmsöhbəti deyir ki, Kemeron şotlandların xarici kontaktları ilə bağlı daha sərt mövqe tutmaq niyyətindədir. 

Mənbə: BBC

Tərcümə: Yadigar Sadıqlı 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo