Dünya

Məhkəmə Donald Trampı dələduzluqda təqsirli bilib

Toplum TV
27 Sentyabr, 2023
158

Açıq mənbələrdən götürülüb

Donald Tramp

Sentyabrın 26-da Nyu-York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı və ailəsini dələduzluqda təqsirli bilib. 

Toplum TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Məhkəmənin hakimi Artur Enqoron Trampın öz aktivlərinin dəyərini qanunsuz olaraq artırdığını bildirib. 

2022-ci ilin sentyabrında Nyu-Yorkun baş prokuroru Letitiya Ceyms Trampa qarşı iddia qaldırarkən onu dələduzluqda ittiham etmişdi. Onun sözlərinə görə, Trampın əsas şirkəti olan "The Trump Organization" on il ərzində maliyyə orqanlarından bank müavinətləri almaq üçün öz aktivlərinin dəyəri barədə yalan informasiya verib.

https://toplum.tv/dunya/pbayden-ukraynaya-325-milyon-dollarliq-yeni-herbi-yardim-elan-edibp

Medianın məlumatına görə, sentyabrın 26-da çıxarılan məhkəmə qərarı dövlət vəkili Letitiya Ceymsin mülki iddiası üzrə yekun qərar deyil, işə baxılması oktyabrın 2-dək davam edəcək.

Qeyd edək ki, sözügedən iş Donald Trampa qarşı qaldırılan bir neçə məhkəmə işindən təkcə biridir. O, həmçinin 2021-ci ilin yanvarında Kapitoliyə hücumun təşkilində; Corciya ştatında seçkilərin nəticələrini dəyişdirməyə cəhddə; şəxsi mülkində gizli sənədlər saxlamaqda və 
maliyyə sənədlərini saxtalaşdırılmaqda ittiham olunur. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Yaxın Şərqdə müharibə: ABŞ atəşkəs başa çatdıqdan sonra İsrail üçün qırmızı xətlər çəkib

Yadigar Sadıqlı
8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Atəşkəsin bu qədər uzun sürməsi diplomatik səylərin nəticəsi idi. İndi, yeddi günlük pauzadan sonra İsrail də, HƏMAS da mürəkkəb hərbi və siyasi məsələləri həll etməlidirlər.  HƏMAS üçün bu, həyatda qalmaq mücadiləsidir. Nə qədər ki, HƏMAS yaraqlısı tətiyi basa və ya İsrailə raket ata bilir, məğlubedilməz olduğunu iddia edəcək. İsrailin vəzifəsi isə, özünün nəhəng hərbi qüdrətinə baxmayaraq, daha çətindir. Oktyabrın 7-də baş tutan və çoxu mülki şəxslər olan 1200-ə yaxın adamın ölümü ilə nəticələnən hücumdan sonra ölkənin baş naziri Binyamin Netanyahu HƏMAS-dan sarsıdıcı intiqam almağa and içib. İsrail ordusunun hərbi əməliyyatları bərpa etməsindən sonrakı ilk saatlarda hökumət “WhatsApp”dakı xəbərində bir daha...
Dünya

Putin prezident seçkilərində iştirak edəcəyini açıqlayıb

Toplum TV
8 Dekabr 2023

Reuters

Rusiya Federasiyası Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.  Toplum TV TASS-a istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də jurnalistlərə Vətən Qəhrəmanları Günü münasibətilə Kremldə keçirilən mərasimdən sonra dövlət başçısı ilə söhbətin iştirakçıları məlumat veriblər. Məlumata görə, qondarma "Donetsk Xalq Respublikası parlamenti"nin spikeri Artyom Coqa Putinə müvafiq tələblə müraciət edib və Rusiya prezidenti bununla razılaşıb. https://toplum.tv/dunya/prusiyanin-neftden-gelirleri-rekord-hedde-ccedilatibp Putinin dövlət başçısı kimi səlahiyyətləri 2024-cü il mayın 7-də başa çatır. Rusiyada növbəti prezident seçkiləri isə martın 17-nə təyin edilib. Putin beşinci dəfə prezidentliyə namizədliyini irəli sürəcək. O, qalib gəlsə, daha 6 il, 2030-cu ilə qədər dövlət başçısı postunu...

Seçilmiş Videolar

Toplum TV loqo