Açıq mənbələrdən götürülüb
Donald Tramp
Manhetten məhkəməsinin böyük jürisi Donald Trampın cinayət işi üzrə ittiham elan edilməsi barədə qərar çıxarıb. Sabiq prezident 2016-cı il seçkilərində porno ulduz Stormi Danielsə qanunsuz ödəniş etməklə bağlı ittihamlarla üzləşib
Toplum Tv “The New York Times” nəşrinə istinadən xəbər verir ki, məlumat prokurorluq tərəfindən rəsmən təsdiqlənib.
Trampın saxlanılması, fotosunun çəkilməsi və barmaq izinin götürülməsi, bundan sonra hakimin həbs-qətimkan tədbiri ilə bağlı qərar verəcəyi gözlənilir.
Prokurorlar siyasətçinin saxlanma vaxtını razılaşdırmaq üçün eks-prezidentin vəkilləri ilə əlaqə saxladıqlarını bildiriblər. Onun müdafiəçilərinin fikrincə, bu, gələn çərşənbə axşamı baş verə bilər. Trampın iqamətgahının yerləşdiyi Florida ştatının qubernatoru Ron Desantis bildirib ki, Nyu-York prokurorları tərəfindən ekstradisiya tələbi təqdim edilərsə, ştat tələbi yerinə yetirməyəcək.
https://toplum.tv/dunya/trampin-sirketine-ve-emekdaslarina-qarsi-cinayet-isi-acilacaq
ABŞ-ın sabiq prezidenti ciddi maddə ilə ittiham olunur - o, 2016-cı il seçkilərindən əvvəl susması müqabilində porno aktrisa Stormi Danielsə 130 min dollar pul ödəməkdə ittiham edilir. Siyasətçinin özü həm Danielslə əlaqəsini, həm də ona pul verməsi ilə bağlı iddiaları rədd edir.
Tramp irəli sürülən ittihamların siyasi təqib olduğunu bildirib və deyib ki, “demokratlar günahsız bir şəxsi seçkiyə təsir göstərmək cəhdində ittiham edərək ağlasığmaz iş görüblər”. "CNN" işdən xəbəri olan iki mənbəyə istinadən yazır ki, Trampa qarşı işdə otuzdan çox fırıldaq faktı var.
Ötən ilin noyabrında Tramp 2024-cü ilin payızında keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlamışdı. Onun mümkün cinayətləri ilə bağlı daha bir sıra araşdırmalar ilkin mərhələdədir.
Stormi Danielsin sözlərinə görə, 2006-cı ildə o, Donald Trampla cinsi əlaqədə olub. Daniels həmçinin bildirib ki, 2011-ci ildə başına gələnləri mətbuata danışdıqdan sonra Las-Veqas avtoparkında naməlum şəxs ona yaxınlaşıb və ondan “Trampı rahat buraxmağı” tələb edib.
2016-cı il prezident seçkiləri ərəfəsində Trampın nümayəndələrinin Danielsə susması müqabilində pul verə biləcəyi barədə məlumat 2018-ci ildə "The Wall Street Journal"-da dərc olunub. Nəşrin məlumatına görə, pulu alan aktrisa siyasətçi ilə münasibətləri barədə açıqlama verməyəcəyinə söz verib.
Donald Tramp ABŞ-ın cinayət işi üzrə ittiham olunan ilk eks-prezidentidir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb