Açıq mənbələrdən götürülüb
Moskva
“Səhər saatlarında Kiyev rejimi Moskvadakı obyektlərə pilotsuz uçuş aparatları ilə terror hücumu həyata keçirib”
Toplum TV xəbər verir ki, bu barədə mayın 30-da Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, paytaxt səkkiz təyyarə tipli pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Nazirliyin açıqlamasına görə, Moskva vilayətində beş PUA "Pantsir-S" zenit-raket sistemi ilə vurulub, üçü isə radio-elektron qurğularla yerə düşürülüb.
Rusiyanın teleqram kanalları isə paytaxta hücum edən PUA-ların sayının Müdafiə Nazirliyinin açıqladığından daha çox olduğunu iddia edib.
Mayın 30-na keçən gecə Ukrayna da "Şahed-136/131" dronlarının növbəti hücumuna məruz qalıb. Ukraynanın Hərbi Hava Qüvvələri ümumilikdə 31 kamikadze dronun havaya qaldırıldığını bildirir.
Məlumata görə, Kiyev səmasında 29 pilotsuz uçan aparatı vurulub. Onlardan birinin qalıqları çoxmərtəbəli yaşayış binasının üzərinə düşüb, bir nəfər ölüb.
Kiyev meriyası bildirib ki, bu, son 24 saat ərzində şəhərə üçüncü hücumdur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Ermənistan XİN: Qarabağ erməniləri Azərbaycanın nəzarəti altında yaşaya bilər
armedia.am
en.kremlin.ru
Qubad İbadoğluna dini ekstremizm ittihamı: hakimiyyət niyə va-bank gedir?
11 sentyabr - Dünyanı dəyişdirən gün
Krım körpüsündə ilk partlayışı Ukrayna kəşfiyyatı törədib?
Rusiyada müharibə fonunda türk serialları çiçəklənir
"Ana, bu mənəm, sənin oğlun" - Çilidə diktatura dövründə itkin düşənlər axtarılır