Dünya

NATO Avropada son 40 ilin ən böyük hərbi təlimini keçirəcək

19 Yanvar, 2024
207

Açıq mənbələrdən götürülüb

NATO

NATO alyansı yanvarda Avropada son 40 ilin ən böyük hərbi təliminə başlayacaq. 

Toplum TV xəbər verir ki, təlimlərdə 90 minə yaxın hərbçi, İttifaqın və İsveçin təyyarə və gəmiləri iştirak edəcək. 

“Sabit Müdafiəçi” təlimi Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçiriləcək. Amerika mediası daha əvvəl hərbçilərin Rusiyanın işğalı zamanı müdafiə ssenarisi tətbiq edəcəyini yazmışdı.

https://toplum.tv/dunya/ppakistan-iran-erazisini-bombalayibp-1

"Reuters" NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin baş komandanı Kristofer Kavoliyə istinadən xəbər verir ki, manevrlər zamanı alyans Şimali Amerikadan Atlantik okeanı boyunca qüvvələr ötürməklə Avro-Atlantik zonanı gücləndirmək qabiliyyətini nümayiş etdirəcəklər.

Bir çox Qərb siyasətçiləri, o cümlədən ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukrayna müharibəsində uğur qazanacağı təqdirdə blok ölkələrindən birinə hücum edə biləcəyi tezisini irəli sürüb.

Moskva bu cür planları rədd edir. Rusiya Prezidenti Vladimir Putin dekabrda demişdi ki, Rusiyanın NATO ilə müharibə etmək üçün “səbəbi” və ya “marağı” yoxdur. 

Avropada indiyə qədərki ən böyük NATO təlimi 1988-ci ildə baş tutub, həmin vaxt hərbi manevrlərdə təxminən 125 min hərbçi iştirak etmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo