Açıq mənbələrdən götürülüb
Kosovada toqquşmalar
NATO rəhbəri Yens Stoltenberq davam edən gərginlik səbəbindən Kosovaya əlavə 700 hərbçinin göndəriləcəyini açıqlayıb.
Toplum TV "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yens Stoltenberq Norveçin baş naziri Conas Qahr Storla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, NATO-nun ehtiyat qüvvələrinin bir batalyonu gücləndirilmiş hazırlıq vəziyyətinə salacaq ki, ehtiyac yaranarsa, bölgəyə göndərilsin.
https://toplum.tv/dunya/pkosovada-toqqusmalar-30-nato-suumllhmeramlisi-yaralanibp
Mayın 29-da serblərin kompakt yaşadığı Kosovanın şimalında baş verən toqquşmalar nəticəsində 30 NATO sülhməramlısı yaralanıb. Bildirilir ki, yaralılar hazırda tibb müəssisəsində müşahidə altındadırlar. Həmçinin zorakılıqlar nəticəsində çox sayda mülki şəxsin də yaralandığı qeyd olunur.
Aprelin 23-də Kosovanın şimalında serblərin kompakt yaşadığı 4 bələdiyyə ərazisində seçkilər keçirilib. Serblərin maraqlarını təmsil edən “Serb siyahısı” qrupunun seçkiləri boykot etməsi səbəbindən bölgədə vəziyyət gərginləşməyə başlayıb.
Serblər bələdiyyə binaları ətrafında barrikadalar qurub. Kosova polisi binalara girməyə çalışarkən toqquşmalar baş verib.
Serbiya Prezidentinin əmri ilə Serbiya Silahlı Qüvvələri yüksək hərbi hazırlıq vəziyyətinə gətirilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Ermənistan XİN: Qarabağ erməniləri Azərbaycanın nəzarəti altında yaşaya bilər
armedia.am
en.kremlin.ru
Qubad İbadoğluna dini ekstremizm ittihamı: hakimiyyət niyə va-bank gedir?
11 sentyabr - Dünyanı dəyişdirən gün
Krım körpüsündə ilk partlayışı Ukrayna kəşfiyyatı törədib?
Rusiyada müharibə fonunda türk serialları çiçəklənir
"Ana, bu mənəm, sənin oğlun" - Çilidə diktatura dövründə itkin düşənlər axtarılır