Dünya

Navalnının dəfn mərasiminin yeri məlum olub

28 Fevral, 2024
159

Açıq mənbələrdən götürülüb

Aleksey Navalnı

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi martın 1-də Moskvada Borisov qəbiristanlığında keçiriləcək.

Toplum Tv xəbər verir ki, bu barədə fevralın 28-də siyasətçinin mətbuat katibi Kira Yarmış sosial media hesabında məlumat paylaşıb. 

O qeyd edib ki, Moskvanın Maryino rayonunda yerləşən Borisov qəbiristanlığı bir vaxtlar Navalnının yaşadığı evin yaxınlığındadır. 

https://toplum.tv/dunya/poumlluumlmuumlnden-evvel-navalninin-muumlbadilesi-planlasdirilirdip

Mərhum siyasətçinin silahdaşı İvan Jdanov isə bildirib ki, ilkin olaraq vida və dəfn mərasiminin fevralın 29-da keçirilməsi planlaşdırılıb:

"Amma tezliklə məlum olub ki, fevralın 29-da qəbir qaza biləcək bir nəfər də yoxdur. 1-də mümkündür, 28-də də mümkündür, amma 29-da mümkün deyil".

Jdanov bunu Rusiya prezidenti Vladimir Putinin fevralın 29-da Federal Məclisdə planlaşdırılan çıxışı ilə əlaqələndirib. Onun sözlərinə görə, Kreml başa düşür ki, Navalnı ilə vida günü "Putin və onun mesajı heç kimə lazım olmayacaq".

Jdanov həmçinin qeyd edib ki, martın 1-də dəfn mərasimi və yas mərasimindən əvvəl vida mərasiminin keçirilməsi də planlaşdırılıb, amma zalı icarəyə götürmək üçün müqavilə bağlamaq mümkün olmayıb, heç kim zal vermək istəməyib. 

Qeyd edək ki, fevralın 16-da Rusiya Federal Penitensiar Xidməti Aleksey Navalnının həbsxanada öldüyü barədə məlumat yayıb.

Vladimir Putinin ən qatı müxalifi hesab olunan 47 yaşlı Aleksey Navalnı 2021-ci ildən bəri həbsdə idi.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo