ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vaşinqtonun Ermənistan və Azərbaycanla birbaşa müzakirələrdə iştirak etdiyini bildirib.
Departament sözüçüsü bu barədə mətbuata açıqlamasında bildirib.
“Biz Ermənistan və Azərbaycanla birbaşa müzakirələrdə iştirak etməyə davam edirik. Biz bunu ikitərəfli edirik, biz bunu öz tərəfdaşlarımızla birlikdə edirik, biz bunu çoxtərəfli institutlar vasitəsilə edirik. Biz ötən il bunu bir neçə dəfə üçtərəfli qaydada etdik. Biz bu çox problemli məsələlərin həll üçün ən effektiv olan nədirsə, onu edəcəyik. Biz davamlı sülhə dəstəyimizdə sadiq olaraq qalırıq”.
Praysın sözlərinə görə, ABŞ tərəflər arasındakı danışıqlarda əvvəlcədən gəldiyi qənaət əsasında iştirak etmir.
“Vaşinqton Azərbaycan və Ermənistan arasında uzun müddətdir ayrılıqlara səbəb olmuş məsələlərin həlli və davamlı sülhə nail olunması üçün tərəflər arasında birbaşa dialoq görməyə ümid edir”.
Bir gün əvvəl ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevi Laçın dəhlizinin dərhal kommersiya nəqliyyatı üçün açmağa çağırmışdı.
Blinken Laçın dəhlizində humanitar böhran riskinin Ermənistan və Azərbaycan arasında sülh perspektivlərini sarsıtdığını vurğulamışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Forbes